Emil İmanov İmplantasiya ağrılıdırmı? » OTV - İnternet Televiziyası

[Emil İmanov] İmplantasiya ağrılıdırmı?



Sual: "İmplantasiya ağrılıdırmı?" Cavab: İmplantasiyanın ağrılı olması pasiyentləri çox maraqlandıran sualdır. Həmişə bütün pasiyentlər soruşur. Ümumiyyətlə, bütün müdaxilələrdə birinci sualları “ağrı olacaqmı?” sualının verilməsidir. Ağrı ümumiyyətlə olmur. Çünki, bu prosedurun müddəti çox qısadır. Bir dişin çəkilməsi bir implantın qoyulmasından dəfələrlə gərgin prosedurdur. Çünki implant qoyulanda sümüyün içində diş yonulması kimi bir deşiyin açılması həyata keçirilir və implant yerləşdirilir. Diş çəkilərkən isə sümük içinə bir gərginlik verilir, hətta, pasiyent bir sıxılma, təzyiq, gərginlik hiss edir. İmplantasiya zamanı bunlar olmur. Bəzən olur ki, biz əməliyyatı bitiririk, pasiyent bilmir ki, biz implantı qoyduq. Bu qədər sadə gedişatlı olur. Sözsüz ki, bu əməliyyatın böyüklüyündən asılıdr. Bir pasiyentə 1, 2 implantın qoyulması zamanı olan ağırlıqla 10, 12 implantın qoyulması eyni ağırlıqda olmur. Mən həmişə pasiyentlərə tövsiyə edirəm ki, diş çəkildikdən sonra qısa müddət ərzində gəlsinlər ki, əməkliyyatın gedişatı, narahatçılıq və bizim alacağımız nəticə daha ideal olsun. Sümüyümüz nə qədər sabitdirsə, bir o qədər implantasiyanın həyata keçirilməsi daha rahat olur və bizim işimizin uzun ömürlülüyü də daha çox olur. Nə qədər əlavə əməliyyatlar ediriksə, sümük köçürmə, diş əti köçürməsi bunlar, sözsüz ki, pasiyentin psixoloji diskonfortuna səbəb olur. Müsahib: Emil İmanov Müxbir: Günel İsmayılova Operator, montaj: Röyal Bədəlov Prodüsser: Sübhan İsmayılov Redaktor: Vaqif Hüseynov OTV, Bakı-2016

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Sübhan İsmayılov | Baxılıb: 336 | Kateqoriya: Tibb Tarix: 28.11.2017, 20:08

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM