Artıq çəki itirə bilməməyin 5 psixoloji izahı


Bəzən insanlar düzgün pəhriz saxlamaqlarına, müntəzəm idmala məşğul olmaqlarına və heç bir sağlamlıq problemlərinin olmamasına baxmayaraq, yenə də çəki itirməkdə problem yaşayırlar. Səbəbini bilirsiniz? Çünki bu sizin üçün faydalıdır.

OTV sağlam pəhriz və müntəzəm edilən idmana baxmayaraq, itirə bilmədiyimiz artıq çəkinin psixoloji səbəblərini təqdim edir.

1.Artıq çəkili olmaq faydalıdır.

Bəli, çünki biz bir çox şəxsi problemlərimizi çəkimizlə əlaqələndiririk. Hələ də əsl sevginizi tapmamısınız? Arzuladığınız iş əlçatılmazdır? Həyatımızdakı problemlərin səbəbini artıq çəkili olmağımızda görmək bizim üçün də münasibdir, çünki belə olmadığı təqdirdə problemlərin səbəblərinin daxili keyfiyyətlərimizdən asılı olduğu açıq- aşkar bəlli olacaq. Aydındır ki, hər bir insan daxili keyfiyyətlərinin pis olaraq tanınmasından daha çox artıq çəkili olmağı üstün tutur. Elə əsl səbəb də burdadır, bizim daxili şüurumuz arıqlamağımızn əleyhinədir.

2.Bu bizim tənbəllyimiz üçün əla bir bəhanədir.

Hər birimiz etməli olduğumuz bir şeyi növbəti günə saxlamağı sevirik. Artıq çəkidən əziyyət çəkən insanlar da isə bu daha çox müşahidə olunur, belə ki, əksər vaxtlarda onlar planlarını gələcəkdə arıqlayacaqlarını güman etdikləri günlərə uzadırlar. Bəhanələr sırasına “ mən rəqs etməyi öyrənməyi çox istəyərdim, lakin çəkim mane olur, arıqladığım zaman bütün zamanımı idman hərəkətlərinə sərf edəcəm, indi isə qısa bir yürüş kifayətdir” kimi deyimlər daxildir.

3. İnsanların sevgisini və qayğısını əldə etməyin ən asan yolu

Ətrafımızdakı insanların bir çoxu bizə təskinlik verir, təəssüflərini bildirir, bizi sevir, qayğımıza qalır və dünyanın bizim ətrafımızda döndüyünü hiss edirik. Belədirsə, niyə də arıqlayaq?

4.Sevmədiyimiz düşüncələr və emosiyalardan qurtulmaq yolu

Problemli insanların daha çox yemək yeməsini yəqin ki, siz də hiss etmisiniz. Çünki bu tip insanlara uşaq yaşlarından əsl hisslərini göstərməmək aşılanıb.” Ağlama, sən artıq böyümüsən! ” Beləliklə daxilimizdəki narahatlıq hissi aclıq şəklində ortaya çıxır. Ona görə də, psixoloqun yanına gedərək problemləri danışmaq əvəzinə, bu tip insanlar soyuducu dolabına üz tutur.

5. Xarici qüsurlarımızı artıq çəki ilə əlaqələndirmək

Xarici görünüşümüzdəki qüsurlar artıq çəki itirməyimizə digər bir psixoloji sərhəddir. Buna misal olaraq irsi çəki artıqlığını misal göstərə bilərik. Bir çox insanlar artıq çəki itrilməsini irsi olaraq keçməsini söyləyərək heç bunun üçün cəhd belə etmirlər. Lakin hər şey sizdən asılıdır, əgər bir şeyi həqiqətən istəyirsinizsə, heç bir bəhanə axtarmadan icrasına başlayın.

Mənbə: Bright.side
Tərcümə etdi: Sevinc Nəhmədova
Müəllif: Sevinc Nəhmədova | Baxılıb: 34 | Kateqoriya: Tibb Tarix: 4-12-2017, 12:48

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM