Lor, Rinoplastika, Cərrah - Arif Məmmədov: Rinoplastika nədir?


Sual: "Rinoplastika nədir?"
Cavab: "Xarici burunda olan deformasiyalar müxtəlif olur. Bu deformasiyalarla yanaşı hər kəs güzgü qarşısında özünə baxdıqda üzündəki bir çox deformasiyalarla qarşılaşır. Bunu sadəcə diqqətlə baxdıqda görə bilirlər. Lakin pasientlərə ən çox narahatlıq verən problem xarici burundakı deformasiyalardır. Biz xarici burundakı deformasiyaları analiz etdikdən sonra, üzdə, qaşlarda, gözlərdə, çənədə, dodaqda olan deformasiyaları da, analiz edirik. Bu haqda xəstəyə məlumat veririk. Məlumat verdikdə, isə bu xəstələrə narahatlıq verir. Çünki onları narahat edən sadəcə xarici burun deformasiyalarıdır. Xarici burun deformasiyalarını aradan qaldırarkən xəstənin həm ürəyincə olması üçün, həm də üzə yaraşması üçün üzün çizgilərində olan assimmetriyalara uyğun burun yığmağa çalışırıq. Pasientlər estetik baxım ilə yanaşı, burun tənəffüsü ilə bağlı olan problemlərlə də, müraciət edirlər. Tənəffüslə bağlı problemlərin müayinəsi zamanı burun arakəsməsində olan deformasiyalar burun tənəffüsünə maneəçilik yarada bilir. Burunda olan kistik və polipozis törəmələrin olması da, burun tənəffüsünə maneəçilik edir. Anatomik olaraq dar burunlar da, burunun val bölgəsi, sümükləri arasında məsafə dar olanda insanların tənəffüs alması çox çətin olur. Belə hallarda bu cür əməliyyatlar təkcə rinoplastika yox, funksional renoseptaplastika əməliyyatı icra olunur. Eyni zamanda tabanda problem varsa, tabanı genişləndirmək üçün müxtəlif üsullar var. Bu cür xəstələrdə yan asetamiya icra etməməyə çalışırıq. Çünki biz bunu etməklə tənəffüsü pisləşdirə bilərik. Yan asetamiyalardan qaçmağa çalışmaq lazımdır ki, xəstələrdə tənəffüs problemləri olmasın. Xəstələr müraciət etdikdə öncə analiz edilir çünki deformasiyalar müxtəlif olur. Burun kürəyində donqarlıq çox olur. Əlbəttə, donqarlıqla yanaşı, sümük və qığırdaq nahiyədə sağa və sola deformasiyalar da ola bilər. Daha sonra xəstənin necə bir burun görmək istəməsi barədə suallarımızı veririk. Bu burun üzün çizgilərinə uyğun olarsa, biz bu əməliyyatı icra edirik. Lakin bəzi hallarda xəstənin istəyinə uyğun burun alınmaya da, bilər.Buna görə də, üz çizgilərinə uyğunluğu mütləq yoxlanılmalıdır. Üzdə olan deformasiyalar, asimmetriyalar, burun örtüyü, dərinin qalınlığı bu istəklərin qarşısını alan problemlərdir."
Müsahib: Arif Məmmədov
Müxbir: Sevinc Baxışova
Operator, montaj: Röyal Bədəlov
Prodüsser: Vüsal Qurbanov
Redaktor: Vaqif Hüseynov
OTV - Bakı, 2016
Müəllif: Aytac Həsənova | Baxılıb: 47 | Kateqoriya: Tibb Tarix: 1-12-2017, 16:50

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM