Ümumi cərrah - Elvin Əliyev: Hamiləlik dövrü bitdikdən sonra qarını yığdıra bilərəmmi?


Sual: "Hamiləlik dövrü bitdikdən sonra qarını yığdıra bilərəmmi?"
Cavab: "Qarın gərmə əməliyyatı qadınlara ən çox hamiləlikdən sonra lazım olur. Çünki belə problemlər hamiləlikdən sonra meydana gəlir. Əvvəllər doğuş zamanı bu əməliyyatı icra etmək mümkün idi. Hazırda bu tövsiyyə olunmur. Çünki hamiləlik zamanı qarının ön divarında, bütün toxumalarda ödem olur. Beləliklə, bu proses daha da ağırlaşır. Ona görə də, məsləhət olunur ki, hamiləlik müddəti bitdikdən sonra, xanımın bədənindəki toxumalar öz quruluşunu alana kimi gözləmək lazımdır. Məsləhət olunur ki, hamiləlikdən 3, 6 ay sonra bu əməliyyat icra olunsun."
Müsahib: Elvin Əliyev
Müxbir: Sevinc Baxışova
Operator, montaj: Röyal Bədəlov
Prodüsser: Vaqif Hüseynov
Redaktor: Vaqif Hüseynov
OTV- Bakı, 2016



Müəllif: Aytac Həsənova | Baxılıb: 34 | Kateqoriya: Tibb Tarix: 1-12-2017, 16:40

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM