Estetik cərrah - Dr.Araz Salmanov: Əməliyyat etdirsəm günaha batmış olmaram?


Sual: "Namaz qılıram, əməliyyat etdirsəm günaha batmış olmaram?"
Cavab: "Ümumiyyətlə, namaz qıılmaq bizim dünyəvi işlərimizə mane olan və ya mane olacaq bir faktor deyildir. Namazı istənilən halda, istənilən şəkildə, istənilən vəziyyətdə oturaq vəziyyətdə, uzanmış vəziyyətdə qılmaq olar. Suyla abdəst almaq olar, ya da sadəcə əlini divara sürtərək də insan abdəst ala bilər, yəni Allah taala və dinimiz namaz qılmağa hər hansı bir əməliyyat vəziyyətini ya əməliyyat olunmuş vəziyyəti heç bir şəkildə mane ola biləcək bir faktor ortaya qoymayıb. Namazı istənilən insan hətta gözüylə və qaşıyla belə yatdığı vəziyyətdə belə namaz qıla bilər. Əməliyyatların günah olub- olmamasına qalanda əməliyyat əlbəttə ki günah deyil. Məsələ əgər estetik prosedurlar və əməliyyatlardan gedirsə, burada söhbət şəxsin nə etmək istədiyindən və nə üçün əməliyyata müracət etməsindən gedir. Yenə də örnəklər üzərindən misal gətirə bilərik. Məsələn gənc bir xanımdır və bu xanımın xarici görkəmində doğurdan da müəyyən qüsurları var, məsələn, çox böyük burnu var, yəni bu sirr deyil ki, üz nahiyəmizdə xüsusən görüntü problemləri bizim şəxsi həyatımıza, qarçı cinslə olan münasibətlərimizə, ailə həyatı qurmağımıza bir çox hallarda mane olur, yəni həyatın açıq qanunlarındandır. Bizim praktikamızda bir çox hallarda belə hadisələr olur. Gənc qız həqqətən də çox gözəl, çox xoş bir insandır amma burnu çox da gözəl görünmür. Onun burnunu biz əməliyyat edirik, gözəlləşdiririk. Biz o xanımın şəxsi həyatında ildırım surətilə baş verən dəyişiklikləri biz izləyirik. Artıq üçüncü ay müayinəyə öz nışanlısı ilə gələ bilir, bir ildən və ya il yarımdan sonra vbbaşqa bir pasient gətirir amma buy dəfə artıq həyat yoldaşı və uşağı ilə gəlir. Bu əslində günah deyil, bu savabdır. O insanı tam anlamı ilə biz cəmiyyətə qaytarırıq, onun normal bir ailə qurmağına vəsilə qurmuş oluruq. YA da evli, 2-3 uşağı olan bir xanımdır süd vəziləri çox bğyükdür və ya sallaqdır bu xanım ciddi kompleksdir və belində və boynunda ciddi ağrılara səbəb olur. Biz süd vəzisini əməliyyat edirik. Süd vəzisinin əməliyyatı onun belindəki ağrılığı aradan qaldırır. Onun süd vəzisinin altındakı qaşınma, tərləmə kimi problemlərini ortadan qaldırır. O xanımın özünə olan güvənini qaytarır. O xanım əvvəl sallaq olan süd vəzisi ilə özünü çirkin, xoşa gəlməyən hesab edirdisə artıq özünü çox çəkici hesab edir. Billirsiniz ki, gözəl olmaq üçün birinci faktor insanın özünü gözəl hesab etməsidir. Biz insanların komplekslərini həll etməklə onlara bu duyğunu veririk. "Sən gözəlsən, sənin anatomik ölçülərin artıq gözəldir". BU onların şəxsi həyatlarına təsir edir. Nəyə görə bu insanlar kompleksdə yaşamalıdırlar, əgər bu kolmplekdən azad olmaq onları xoşbəxt edirsə, onların ailəsini xoşbəxt edirsə, onların evinə müsbət təsir edirsə, nəyə görə onlar bu əməlityyatı olmasınlar. Əgər sırf dini nöqteyi-nəzərdən yanaşsaq günah harada ola bilər? Qeyri- əxlaqi bir peşənin sahibi olan bir qadın peşəsində bir az da irəli getmək üçün əməliyyatlar elətdirmək istəyir. Bu əməliyyat artıq günah sayıla bilər, amma bu günah artıq xanımın günahıdır. Çünki biz heç bir pasientimizə "Sən nə üçün bu əməliyyatı olursan? Bunu həyat yoldaşın üçünmü edirsən? Evlənmək üçünmü edirsən? ya da başqa deyri-əxlaqi bir məqsəddən ötrümü edirsən?" deyə soruşmuruq, belə bir şeyə bizim haqqımız yoxdur. Biz sadəcə insanlara onların problemlərini həll etmək, komplekslərdən xilas etmək və komplekslərin altında yatan tibbi problemləri həll etməkdə kömək edirik. Məsələn əyri burun mütləq nəfəs almaqda problem yaradır. Əyri bir burnu düzəldərkən mütləq nəfəs almaq problemi də düzəlir. Böyük süd vəziləri beldə, onurğada, boyunda ağrılara səbəb olur. Bu süd vəzilərini kiçiltmək və dikləştirmək onları bu ağrılardan xilas edir. Bunlar çox əhəmiyyətlidir. Cəmiyyətdə çox neqativ qarşılanan, o cümlədən də dini camiada çox neqativ qarşılanan bir əməliyyat süd vəzisinin silikonla böyüdülməsi əməliyyatıdır. Çevrəmizdə süd vəzisi çox kiçik olan hətta praktiki olaraq oğlan süd vəzisindən fərqlənməyən gənc xanımlar çoxdur, ya da tam tərsi. Süd vəzisi var amma o qədər sallaqdır ki, qadın süd vəzisinə oxşamır. Döş nahiyəsində olan bu çatışmazlıq, eybəcərlik və ya xoş olmayan görüntü o insanın həyatına ciddi anlamda təsir edir. Gənc xanıma implant qoyub onun süd vəzisini normallaşdırdığımızda qadın olaraq özünə inamını geri qaytarır. Yenidən dediyim kimi sonrakı müayinələrə pasientlərimiz artıq nişanlı olaraq və ya evlənmiş olaraq gəlirlər. Bunu hamı bilməlidir ki. plastik cərrahiyyənin pasientlərinin böyük əksəriyyəti artıq 90-95%-dən yuxarısı tamamilə normal və normal istəkli insanlardır."
Müsahib: Araz Salmanov
Müxbir: Sevinc Baxışova
Operator, montaj: Röyal Bədəlov
Prodüsser: Fəxriyyə Bayramova
Redaktor: Vaqif Hüseynov
OTV- Bakı, 2016
Müəllif: Aytac Həsənova | Baxılıb: 36 | Kateqoriya: Tibb Tarix: 1-12-2017, 16:20

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM