Estetik cərrah - Dr.Araz Salmanov: Əməliyyatın sağlamlığa mənfi təsiri varmı?


Sual: "Əməliyyat etdirsəm, bu sağlamlığıma mənfi təsir etməz ki?"
Cavab: "İstənilən əməliyyat bu zərurətə görə həyata keçirilməsi gərəkən bir prosedurdur, yəni hər bir əməliyyatın özünün bir çox pozitivləri oluğu kimi, müəyyən neqativ tərəfləri də var. Bu mənada əməliyyata qərar vermədən öncə həkim bunu öncəliklə diqqətli şəkildə araşdırmalı və xəstəyə bir əməliyyatın ya da pasientə bir əməliyyatın nə dərəcədə ehtiyacı olduğunu təyin etməlidir. O ki, qaldı sağlamlığa ziyana, sağlamlığa ziyan məsələsində bir çox faktorların rolu vardır. Birincisi, hər bir pasientin özünün sağlamlıq dərəcəsi çox əhəmiyyətlidir, yəni gənc və sağlam insanlar vardır, müəyyən əlavə xroniki xəstəlikləri olan xəstələr vardır, bir də ciddi həyati problemləri olan xəstələr vardır və bu anesteziologiyada bu risklər özləri də yüngül, orta və yuxarı risk qrupu deyə 3 ayrı qrupa bölünür. Deyək ki məsələn, ağır qrupda risk, fəsad olmaq ehtimalı 10%-30% arasıdır.Orta qrupda isə təxminən 1-3% arası bir risk qrupu təşkil edir. Aşağı faiz isə artıq1%-in altında yüzdə bir, mində bir faizlərdən bəhs edən risk qruplarıdır. Ümumiyyətlə plastik cərrahiyyənin praktikasına daha çox sağlam, hər hansısa bir xroniki problemi olmayan praktiki sağlam insanlar müaraciət edirlər. Belə insanlarda bizim həyata keçirdiyimiz əməliyyatlarda problem olmaq, risk olmaq ya da hər hansısa bir fəsad çıxmaq ehtimalı on minlər, hətta yüz minlərdə bir ölçülür, yəni bele bir qarşılaşdırma etmək istərdim ki, deyək ki, 20-25 yaşlarında bir qızda və ya oğlanda əməliyyatda renoplastika-burun estetikası zamanı bir fəsad çıxmağı, həyati bir problem olmaq ehtimalı deyək ki, gündəlik həyatımızda maşınla qəza törədib, ölmək ehtimalından daha azdır, illah da ki, biz maşından istifadə edirik, harasa gedirik, səyahətlərə çıxırıq. Bilirik ki, istənilən halda, əstənilən maşının ya təyyarənin müəyyən bir risk faktoru vardır. Sadəcə söhbət burada riskin dərəcəsindən gedir. Bir də müəyyən bizim pasientlərimiz vardır ki, onların həqiqətən risk dərəcələri nisbətən yuxarıdır. Deyək ki məsələn, şəkər, yüksək səviyyəli təzyiqi olan yaşlı xəstələr. Bu xəstələrdə əməliyyatlar adətən ehtiyat, son zərurət olaraq həyata keçirilir. Məsələn, bizim bu tip xəstələrə ən çox həyata keçirdiyimiz əməliyyatlardan biri abdonmoplastika - bədənin müəyən hissələrində artıq piylərin, yağların, sallanan bədən hissələrinin götürülməsidir. Bu əməliyyat zərurətdən həyata keçirilir, çünki söhbət 10,15, 20 bəzən daha çox kilonun götürülməsindən gedir ki, bu xəstənin həyat komfortunu ciddi mənada yaxşılaşdırır. Deyək ki, dizində problem olan bir yaşlı şəkər xəstəsi - onun qarnından biz 18-20 kilo götürdüyümüzdə o şəxsi normal bir həyata qaytarmış olur. Əks təqdirdə o qarnın ağırlığından yataqdan çıxa bilmir, ya da oturduğu yerdən qalxa bilmir. Bütün bunları nəzərə alaraqdan - risk faktorları hamısı götür-qoy olunur, tərəziyə qoyulur, ölçülür və pasientlərimizə bu məsələlər dəfələrlə bildirilir, yəni bunu hamı bilməlidir ki, həkim, cərrahlar öz pasientlərinə yaxşı tərəflər dedikləri kim ola bələcək fəsad və problemləri izah edirlər. Əgər xəstə yenə də bu riskləri, bu faktorları nəzərə almaqla yenə də əməliyyat olmağı düşünürsə, ondan sonra yenə də həkim vəziyyətə görə qərar verə bilir, ondan sonra xəstəni ya əməliyyat edər, ya da əməliyyadan imtina edə bilər."
Müsahib: Dr. Araz Solmanov
Müxbir: Sübhan İsmayılov
Operator, montaj: Röyal Bədəlov
Redaktor: Vaqif Hüseynov
OTV, Bakı-2016
Müəllif: Aytac Həsənova | Baxılıb: 40 | Kateqoriya: Tibb Tarix: 1-12-2017, 15:53

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM