[İmplantoloq Emil İmanov] Bir dişin implantasiyası nə qədər müddətə başa gəlir?


Sual: "Bir dişin implantasiyası nə qədər müddətə başa gəlir?"
Cavab: İmplant əməliyyatı özü çox qısa vaxt çəkir. Qısa vaxt dedikdə, sümükdə heç bir problem olmadığı halda, sümük strukturu çox yaxşı olduğu halda bir dişin implant olunması 5-10 dəqiqə ərzində həyata keçirilir. İmplant üstü dişin hazırlanması, konstruksiyanın bitmə müddəti pasiyentin dişsizlik problemindən asılıdır. Bəzi əməliyyatlar olur ki, sümük əvəzedici materiallardan istifadə edirik, pasiyentdə sümük qüsurları olur, implantı yerləşdirmək üçün kifayət qədər sümük olmur yaxud diş əti problemləri olur, pasiyentin tələbləri tam estetik konstruksiya əldə etmək olur. Bunlar pasiyentin tələblərinə görə dəyişir. Əgər pasiyent çox iddialı konstruksiyalar istəyirsə, tam estetik gülümsəmə zamanı diş əti sərhədlərinin tam ideal olmasını istəyirsə, bunun üçün müxtəlif əməliyyatlar həyata keçirilir. Bu əməliyyatlar işin bitmə müddətinə təsir göstərir. Sadə hallarda, sümük qüsuru olmadığı hallarda, pasiyentlərdə tələblərimiz orta yaxud, orta aşağı olduğu hallarda bu müddət normada bir implantın sümüklə birləşmə müddəti normal sümüklərdə 2, 3 ay müddətindədir. Daimi dişin hazırlanması da 3 ay maksimum 4 ay müddətinə bitirilə bilir. Biz hətta müvəqqəti diş hazırlıyırıq, pasiyenti dişsiz qoymuruq. Pasiyentin cəmiyyət içinə çıxanda danışması, gülümsəməsi və dişsiz qalmaması üçün müvəqqəti yaxud, çıxmayan implant üstü konstruksiya hazırlanır ya da müvəqqəti çıxan protez hazırlanır. İstənilən hallarda biz pasiyenti dişsiz qoymuruq, həmin nahiyələri müvəqqəti dişlə bərpa edirik. Sümük köçürmə əməliyyatları zamanı 4 ay ,1 ilə qədər çəkən işlərimiz olur. Bu müddətlərdə, sözsüz ki, pasiyentlərimiz dişsiz qalmırlar.
Müsahib: Emil İmanov
Müxbir: Günel İsmayılova
Operator, montaj: Röyal Bədəlov
Prodüsser: Sübhan İsmayılov
Redaktor: Vaqif Hüseynov
OTV, Bakı-2016

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Sübhan İsmayılov | Baxılıb: 352 | Kateqoriya: Tibb Tarix: 28.11.2017, 20:06

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM