Həkim- Kardioloq- Vüqar Zamanov: Ürək qüsurları haqqında


Sual: "Ürək qüsurları haqqında"
Cavab: "Ürək qüsurları anadangəlmə və sonradan qazanılmış olmaqla iki böyük qrupa ayrılır. Anadangəlmə - adından da məlum olduğu kimi, bu qüsur uşaq doğularkən exo-kardioqrafik müayinə vasitəsilə qoyulur. Anadangəlmə ürək qüsurları da, özlüyündə sianotik- dodaq ətrafında göyərmə müşahidə olunmaqla və ya tamamən sianozsuz ürək qüsurları olmaqla iki qrupa ayrılır. Uşaq doğulduqdan sonra onu pediatr müayinə edir. Əgər ürəyində ciddi bir sistolik küy varsa, xəstəyə exo-kardioqrafik müayinə məsləhət görülür. Hər bir ürək qüsurunda ən dəqiq müayinə exo-kardioqrafik müayinədir. Uşaq doğulduğunda onun ürəyində sistolik küy olmasa belə, ən azı 1 və ya 2 dəfə exo-kardioqrafiya olunmağı məsləhətdir. Bəzən elə ürək qüsurları var ki, tamamən simptomsuz. tamamən heç bir əlaməti olmadan daha irəli bir yaşda- 20, 30, hətta 40 yaşında təsadüf edirik və daha ağırlaşmış formada təsadüf edirik. Ona görə də uşaq doğulduqdan sonra mütləq exo-kardioqrafiya və hətta bəlli bir yaşa qədər-məktəbəqədər yaş dövrünə qədər toplam 2 dəfə exo-kardioqrafiya olunmağı məsləhət görülür. Hər hansı bir qüsurun simptomsuz olaraq getməyi işin ən riskli tərəfidir. Bəzən daha irəli yaşlarda bəlli bir fəsadla ortaya çıxır. Anadangəlmə ürək qüsurlarında sadə ürək qüsurlarından tutmuş mürəkkəb ürək qüsurlarına qədər vardır. Bunun ilk mərhələdə müayinəsi exo-kardioqrafik müayinədir. Daha dərinə getdiyimiz zaman ürək boşluqlarınının kateterizasiya müayinəsi vasitəsilə daha dəqiq ölçümlərini götürə bilirik. Qazanılmış ürək qüsurlarında isə bunlar daha çox klapan qapaqların zədələnməsi ilə müşahidə olunan ürək qüsurlarıdır. Səbəbi ilk başda 60-70% hallarda keçirilmiş revmatizm xəstəliyinin erkən və ya gec dönəmdə fəsadı olaraq ortaya çıxır. Ona görə də bəlli bir yaşda hər hansı bir təngnəfəslik, yeriyərkən daha tez yorulma şikayətləri olarsa, xəstələrimizin daha gənc yaşlarda kardioloji mərkəzə müraciət etmələri lazımdır. Exo-kardioqrafiya olunmaqla problemin altında yatan ciddi bir ürək probleminin olub-olmaması müəyyənləşdirilməlidir."
Müsahib: Vüqar Zamanov
Müxbir: Sevinc Baxışova
Operator, montaj: Röyal Bədəlov
Prodüsser: Vüsal Qurbanov
Redaktor: Vaqif Hüseynov
OTV- Bakı, 2016

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Aytac Həsənova | Baxılıb: 663 | Kateqoriya: Tibb Tarix: 01.12.2017, 14:49

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM