Ürək damar Cərrahı- Özgür Kocamaz: İnsan nə zaman ürək xəstəliyi əlamətlərindən şübhələnməlidir?


Sual: "İnsan nə zaman ürək xəstəliyi əlamətlərindən şübhələnməlidir?"
Cavab: "Ürək xəstəliyindən şikayətləri olan insanlar üçün ən vacib risk faktoru genetik faktorlardır. Ailədən gələn xəstəliklər olduqca vacibdir. Ailədə infakt keçirmiş birinin olması, ani ölüm yaşamış birinin olması, stend əməliyyatı və baypas əməliyyatı keçirmiş birinin olması çox önəmlİ riskdir. Bundan əlavə siqaretdən istifadə, artıq çəki, oturaq həyat tərzi, təzyiqin olması, şəkərli diabet və artıq 40 yaşını keçmiş bir kişi olmaq, menstruasiya dövrü bitmiş bir qadın olmaq da, risk qrupuna daxildir. Bu risk qrupuna daxil olmuşuqsa, ürəklə bağlı problemlər varsa artıq şübhələnmək vaxtıdır. Hərəkət vaxtı döş qəfəsində ağrılar baş verirsə bu xəstəlikdən xəbər verir. Bu ağrının xüsusiyyəti odur ki, siz onu tam olaraq harada baş verdiyini göstərə bilmirsiniz, sanki döş qəfəsinin üzərinə basırsınız və artıq ağrı hiss edirsiniz. Hərəkət edirsiniz bu zaman ağrı olur, daha sonra dincəldiyiniz zaman itir və ya ürək damarlarını genişləndirən dərmanlar içdiyiniz zaman keçir. Bu kimi hallar ürək ağrıları üçün tipik xüsusiyyətlərdir. Bu cür ağrılarınız varsa, yuxarı mərtəbəyə çıxmaq istədiyiniz zaman , hərəkət etdiyiniz zaman nəfəs almaqda problemlər varsa, ayaqda şişlik varsa, həddən artıq tez-tez çəki artırsa, gecələr nəfəs darlığı kimi hallar baş verirsə bu artıq ürəkdəki problemlərə yönləndirməlidir. Xüsusilə siqaret çəkən insanlar, 40 yaşını keçmiş kişilər, menstruasiya dövrü bitmiş qadınlar ətraf mühitdəki faktorların əsasında şəkər xəstəliyi, təzyiqi olan xəstələr genetik faktorlar olmasa belə ürək xəstəliklərindən şübhələnməlidir."
Müsahib: Özgür Kocamaz
Müxbir: Aytən Əjdərova
Operator, montaj: Röyal Bədəlov
Prodüsser: Vüsal Qurbanov
Redaktor: Vaqif Hüseynov
OTV- Bakı, 2016

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Aytac Həsənova | Baxılıb: 565 | Kateqoriya: Tibb Tarix: 01.12.2017, 14:13

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM