Ürək damar Cərrah- Özgür Kocamaz: Fallot əməliyyatı risklidirmi?


Sual: "Fallot əməliyyatı risklidirmi və əməliyyatdan sonrakı fəsadlar tamamilə düzəlirmi?"
Cavab: "Fallot xəstəliyi 4 vacib elementi özündə cəmləşdirən anadangəlmə ürək qüsurudur. Bunlardan biri böyük otaqların arasındakı divarın inkişaf etmiş işləməməsİ, dəliyin meydana gəlməsidir. Bu dəliyin üzərində ürəkdən çıxan ən önəmli damar olan aortanın həm sağdan, həm soldan qidalandığı bir yerə yerləşməsi və uşaqlarda bütün xəstəliyin əlamətlərini ortaya çıxaran və əməliyyatın nəticələrinə də təsir edən qapaqdakı darlıq və bu darlığa bağlı olaraq sağ ventikülin divarının da qalınlaşması nəzərdə tutulur. Bu 4 əlamət əslində fallot xəstəliyidir. Fallot xəstəliyinin riski xəstəliyi əməliyyat etməməkdən daha azdır. Əməliyyatsız xəstələrdə sonrakı mərhələlərdə yaşam şərtləri olduqca çətin olur. Ona görə də, əməliyyatla mümkün olan uşaqlarda əməliyyatı edirik. Bu göstərici əksər hallarda mümkün olur. Tam düzəltmə əməliyyatlarını etməyimiz üçün bir şərtimiz var. Bu şərt ağciyərə gedən damarın yetərli inkişafı təmin olunmalıdır. Çünki bu uşaqlarda darlıq olduğu üçün hamiləlik müddətində ağciyərin qanla təmin olunması yetəri qədər olmadığı üçün bu uşaqlarda ağciyər damarlarının inkişafı yavaşlayır. Buna bağlı olaraq yetəri qədər ağciyər damarı inkişaf etməmiş uşaqlarda tam düzəltmə əməliyyatından sonra damarların qanla dolmasını artırmaq üçün müvəqqəti əməliyyatlar edə bilərik. Yetərli gəlişmə olduqdan sonra da normal tam düzəltmə əməliyyatına girə bilərik. Tam düzəltmə əməliyyatından sonra uşağın bütün şikayətləri aradan qalxır, normal bir yaşama qayıdırlar. Lakin bəzi uşaqlarda müəyyən yaşlarda qapağın özünə aid olan xəstəliklərin meydana gəlməsi ya da yaş artımı ilə normalda meydana gələ biləcək ürək xəstəliklərinə bu uşaqlarda aid edilə bilər və ikinci bir əməliyyata ehtiyac ola bilər. Bu da çox aşağı nəticə verə bilər."
Müsahib: Özgür Kocamaz
Müxbir: Aytən Əjdərova
Operator, montaj: Röyal Bədəlov
Prodüsser: Vüsal Qurbanov
Redaktor: Vaqif Hüseynov
OTV- Bakı, 2016

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Aytac Həsənova | Baxılıb: 490 | Kateqoriya: Tibb Tarix: 01.12.2017, 13:47

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM