Həkim- Kardioloq- Vüqar Zamanov: Ürək xəstəliklərindən necə qorunmalı?


Sual: "Ürək xəstəliklərindən necə qorunmalı və necə müalicə olunmalıdır?"
Cavab: Ürək xəstəlikləri bəlli bir yaşda kişilər və qadınlar üçün ayrı yaşlara təsadüf edir. Kişilər üçün ən riskli dövr 40-60 yaş arası təsadüf etdiyi halda, qadınlarda bu proses biraz gec başlayır. Qadınlarda 45 yaşdan sonra başlayır. Təəssüflər olsun ki, bu xəstəlik get-gedə cavanlaşır. Öz praktikamdan misal göstərə bilərəm ki, 29, 30, 35 yaşlı xəstəyə stend taxdığımız da olub. Bu yaş ço az olsa da, təəssüf doğurucu bir faktdır. 35-40 yaşdan sonra ildə hər bir insan kardioloji check-up müayinədən keçməsi lazımdır. Check-up müayinə insanlar arasında kifayət qədər yayılmış bir sözdür. Check-up nədir sualına belə bir cavab verə bilərik. Check-up müayinələr toplusudur. Xəstənin ürək-damar mərkəzinə gəldiyi zaman ilk mərhələdə xəstənin ürəyində bir problemin olub-olmamasını əks etdirən müayinələr toplusudur. Xəstəyə ilkin olaraq, sadə bir kardeqrama çəkilir, təzyiqi yoxlanılır, exo-kardeqrafiya olunur. Burada məqsəd ürək əzələ gücünün qapaqlarının vəziyyətini dəyərləndirməkdir. Bütün bunlaqr ilkin mərhələdə ürəyin sakitlik müayinələridir. Bu saydıqlarımız normaldırsa, ikinci mərhələdə tredmil-stress testi müayinəsidir. Fiziki yük altında xəstənin ürək damarlarını yoxlayırıq. Əgər hərəkət zamanı xəstənin ürək nahiyəsində ağrı, narahatlıq, Fiziki yük altında kardeqramada problem görsək, demək xəstənin ürək damarlarında problem var. Bu müayinənin də, nəticəsi normal olarsa, demək bu xəstədə problem yoxdur. İlkin mərhələdə check-up müayinələrdən keçmək lazımdır, bu müayinə xəstənin ürəyində problem olub-olmadığı müəyyənləşir. Bu xəstəlikdən necə qorunmaq lazımdır dedikdə, hər kəs sağlam həyat tərzi keçirməlidir. Sağlam həyat tərzi dedikdə başa düşülür: Zərərli vərdişlərdən uzaq durmaq, siqaretdən uzaq durmaq, yağlı qidalardan uzaq durmaq və gündəlik ən azı 1 saat piyada gəzmək lazımdır. Ürək-damar xəstəliklərində risk faktorları vardır. Ən böyük risk faktorları diabet xəstələrdir, ailədə ürək xəstəlikləri olan insanlardır, stress, siqaret, artıq çəki, azhərəkətlilik, arterial hipertaniya xəstəliyi və.s Ailədə ürək xəstəlikləri olan insanlar daha diqqətli olmaları lazımdır. Çünki bunlarln digər xəstələrlə müqayisədə bu xəstəliyə tutulma ehtimalı riski daha yüksəkdir. İnsanın özündən asılı olan faktorların qarşısı alınarsa, bu xəstəliyin qarşısını almaq olar."
Müsahib: Vüqar Zamanov
Müxbir: Sevinc Baxışova
Operator, montaj: Röyal Bədəlov
Prodüsser: Vüsal Qurbanov
Redaktor: Vaqif Hüseynov
OTV- Bakı, 2016

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Aytac Həsənova | Baxılıb: 1 556 | Kateqoriya: Tibb Tarix: 01.12.2017, 13:36

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM