Həkim- Kardioloq- Vüqar Zamanov: Koronar angeqrofiya və stend əməliyyatı nədir?


Sual: "Koronar angeqrofiya və stend əməliyyatı nədir, hansı xəstələrə icra olunur?"
Cavab: "Koronar angeqrofiya bugün dünyada ən son istifadə olunan ürək damarlarının vəziyyətini göstərən müayinə sistemidir. Koronar angeqrofiyaya göstərişlər olmalıdır. Xəstə infakt keçirmişsə və ya hərəkət sırasında sinə nahiyəsində göynəmə, yanma, ağrı kimi stenakardiya adlandırdığımız şikayətlərlə həkimə müraciət ettiyi zaman koronar angeqrofiya ilə ürək damarlarının şəkilini çəkib, darlığın harada olduğunu görürük. Damarlarda ciddi və ciddi olmayan darlıqlar olur. Damarda darlıq 70%-dən yüksəkdirsə, xəstələr üçün təhlükəli darlıq hesab olunur. 70%-dən yükək darlıqlar xəstələrə hərəkət vaxtışikayətlər verir. Amma 70%-dən aşağı darlıqdırsa, hərəkət halında olsa belə xəstələrdə ağrılar verməz, biz bunu dərman müalicəsi ilə davam etdiririk. Konorar angeqrofiya zamanı xəstədə darlığın 70 və 70%-dən yüksək olduğunu görsək, bu artıq xəstənin gələcək həyatı üçün təhlükəli olduğunu və infakt riski olduğundan xəstəni infakt keçirmədən stend əməlliyyatı icra edirik. Stend ürəyi qidalandıran damarların invaziv yolla- açıq əməliyyat olmadan arteriyadan girərək ürək damarlarının açılması prosesidir.Stend əməliyyatı uzun illərdir tibbdə istifadə olunur və tibbin ən son yeniliyidir. Stend zamanında icra olunduğu zaman xəstənin də, həyat keyfiyyəti normal olur. Stendlər dərmanlı və dərmansız olmaqla iki böyük qrupa ayrılır. Metal olaraq hər ikisi bəlli metallardan hazırlanır. Dərmanlı stendlərin üzərinə xüsusi dərmanlar hopdurulur və bu gələcəkdə restenoz riskini ciddi şəkildə azaltmış olur. Dərmansız stendlərdə isə üzərində dərman olmur. Dərmansız stendlərin dərmanlı stendlərdən tutulma riski daha çoxdur. Dərmanlı stendlərdə təkrar tutulma riski 3-5 % olduğu halda, dərmansız stendlərdə bu risk daha yüksəkdir. Burada önəmli olan damarın yeri və ölçüsüdür. Damarın ölsüsü və diametri nə qədər böyük, uzunluğu isə nə qədər qısa olarsa, dərmanlı və dərmansız stendlərin fərqi yoxdur. Damarın ölsüsü və diametri nə qədər böyük, uzunluğu isə nə qədər qısa olarsa stend dərmansız stend olsa belə tutulma riski azdır. Arteriya damarından girərək bu əməliyyatı icra edirik. Adətən qasıq- bud arteriyası və mil arteriyasından girərək əməliyyatı icra edirik. Bunların prinsipial fərqi ondan ibarətdir ki,qol damarından girərək icra edirik. Qol damarından icra olunması xəstələrin rahatlığı üçün əlverişlidir. Yaşlı xəstələrdə isə qanama riskini azaldır. Qol damarı incə olduğu üçün o risk o qədər də çox deyil."
Müsahib: Vüqar Zamanov
Müxbir: Sevinc Baxışova
Operator, montaj: Röyal Bədəlov
Prodüsser: Vüsal Bədəlov
Redaktor: Vaqif Hüseynov
OTV- Bakı, 2016
Müəllif: Aytac Həsənova | Baxılıb: 25 | Kateqoriya: Tibb Tarix: 1-12-2017, 13:32

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM