Kardioloq - Abbasəli Abbasəliyev: Ürək xəstəliklərinin ilkin simptomları nələrdir?


Sual: "Ürək xəstəliklərinin ilkin simptomları nələrdir?"
Cavab: "Hər ürək simptomu olan insanın ürək xəstəsi olduğu anlamına gəlmir. Bəzi xəstəliklər var ki, uzun illər heç bir simptom vermir, bu hətta 45-50 yaş arası təşkil edir. Ürəyində heç bir problemi olmayan insan ürəyində şikayəti varmış kimi müraciət edə bilər. Ən çox görülən xəstəliklərin başında ürəyin işemik xəstəliyi gəlir. Bu xəstəlikdə ən çox görülən şikayətlər- fiziksel və emosional gərginlik zamanı yemək yedikdən sonra, küləkli havada yeridikdə, cəld hərəkət etdikdə, ağır yük qaldıranda, döş sümüyünün arxasında sıxışdırıcı, yandırıcı, göynədici ağrılar ola bilir. Bəzi xəstələrdə bu ağrı özünü təngnəfəslik şəklində göstərə bilir. Bəzilərində ağrı simptomu olmaz, ilk əlamətləri ritmin pozulması, hipertaniya ola bilər.Ürək çatışmazlığında,qapaq xəstəliklərində, ürək qüsurlarında ağrı simptomu olmaz, daha çox zəiflik, halsızliq, aritmiya, çırpıntı ola bilər."
Müsahib: Abbasəli Abbasəliyev
Müxbir: Sevinc Baxışova
Operator, montaj: Röyal Bədəlov
Prodüsser: Fəxriyyə Bayramova
Redaktor: Vaqif Hüseynov
OTV- Bakı, 2016

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Aytac Həsənova | Baxılıb: 524 | Kateqoriya: Tibb Tarix: 30.11.2017, 19:31

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM