Kardioloq - Abbasəli Abbasəliyev: Ürək xəstəlikləri üçün risk faktorları hansılardır?


Sual: "Ürək xəstəlikləri üçün risk faktorları hansılardır?"
Cavab: "Bütün dünyada ən çox görülən və ən çox ölümə səbəb olan xəstəliklərin başında ürək və damar xəstəlikləri gəlir. Ürək xəstəlikləri multifaktorial xəstəliklərdir. Ürək xəstəlikləri 2 yerə ayrılır: anadangəlmə və sonradan qazanılmış. Anadangəlmə xəstəliklər daha çox uşaq yaşlarında gördüyümüz xəstəliklərdir və ürək qüsurlarıdır. Ailədə kimdəsə bu problem varsa, həmin ailənin uşaqlarında da, bu xəstəliyin olma riski 3-8% daha çoxdur. Daha bir risk fakroru ata-ananın yaşıdır. Gənc yaşlarda və iləri yaşlardakı ailələrdə ürək qüsuru olma ehtimalı daha yüksəkdir. Hamilə qadınların rentgen şüalarına məruz qalması da risk faktorudur. İlk 3 ay dərman preparatlarının istifadə olunması və infeksion xəstəlikləri olan insanlarda ürək qüsurları olma ehtimalı yüksəkdir. Qazanılmış ürək qüsurlarının başında ürəyin işemik xəstəliyi gəlir. Bu xəstəliklərdə risk faktorları- şəkər xəstəliyi, hipertamiya xəstəliyi, siqaret və tütün məhsullarının istifada olunması və genetik faktorlar nəzərdə tutulur. Ürək çatışmazlığı xəstəliyində risk faktorları infart, hipertaniya, şəkər xəstəliyi, aritmiyalar, infeksiyalar və qapaq xəstəlikləri nəzərdə tutulur. Ürəyin əzələ xəstəlikləri genetik xəstəliklərdir. Ürək pərdəsinin infeksiyaları da, mövcuddur. Hipertaniya xəstəliklərində də, genetik faktorlar nəzərdə tutulur. Ürək xəstəlikləri gənc insanlarda geniş yayılmağa başlamışdır. Gənclər arasında enerji içkilərinin istifadə olunması və narkotik vasitələrdən istifadə olunması xəstəliklərin gənclər arasında yayılmasına səbəb olur."

Müsahib: Abbasəli Abbasəliyev
Müxbir: Sevinc Baxışova
Operator, montaj: Röyal Bədəlov
Prodüsser: Fəxriyyə Bayramova
Redaktor: Vaqif Hüseynov

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Aytac Həsənova | Baxılıb: 246 | Kateqoriya: Tibb Tarix: 30.11.2017, 19:24

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM