Manual Terapevt - Anar Bayramov: Bel yırtığı haqqında dəyərli məsləhətlər


Sual: "Bel yırtığı haqqında nə deyə bilərsiniz?"
Cavab: "Bizə müraciət edən xəstələrin arasında bel ağrıları ilə müraciət edən xəstələr üstünlük təşkil edir. Demək olar ki, bel ağrıları ilə müraciət edən xəstələrin fəqərə arası disk yırtığı aşkar olunur. Xalq arasında buna qrija da deyilir. Onurğa sütununun bel nahiyəsi fəqərə və fəqərə arası qığırdalardan ibarətdir. Bel fəqərə qığırdaqları 2 hissədən ibarətdir. Bunlardan biri fibroz həlqədən ibarətdir. Fibroz həlqə fəqərələrin dayanıqlılığını təmin edir. İkincisi isə mərkəzdə yerləşən plupoz nüvə dediyimiz jelatinə bənzər maddədir. İnsanın normal hərəkət etməsini, normal oturub-durmasını təmin edir. Fibroz həlqə 260kiloqram ağırlığa qədər təzyiqə tab gətirə bilir. Lakin zamanla fibroz həlqə yırtılmağa başlayır. Bu zaman mərkəzdə olan nüvə partlayaraq kanala doğru hərəkət edir və bu zaman siniri sıxır. Bel yırtığının əsas əlamətləri: Bel ağrıları, ayaq ağrıları, baldırın arxasında olan ağrılar, ayaqda olan uyuşmalar, keyimələr və.s Ayaqda olan ağrılar zəifləməyə səbəb olur, hətta parazitlərə qədər gətirib çıxarır. Vaxtında həkimə getməyəndə isə iflicə qədər gətirib çıxarır. Çanaq orqanlarının funksiyasının pozulması da əlamətlərə aiddir. Bəzən xəstələr deyir ki, əvvəl belimiz ağrıyırdı indi isə bel ağrılarımız keçib ayaq ağrılarımız başlayıb. Bu o deməkdir ki, artıq ayağa gedən sinirlər sıxılır və sıxılmanın nəticəsində ayaqlarda keyiləşmə, nazikləşmə yaranır. Bel yırtıqlarının yaranmasının bir çox səbəbləri vardır. Hərəkətsiz insanlarda ən çox rast gəlinir. Stol arxasında oturan insanlarda, sürücülərdə, ağır işlə məşğul olan insanlarda, çəkisi çox olan insanlarda, idmançılarda və.s rast gəlinir. Müalicəsinə gəldikdə isə konservativ üsullardan istifadə olunur. Fizioterapiya, üzgüçülük, idman, manual terapiya və dərman müalicələrindən istifadə olunur. Bəzən sual olunur ki bütün bel fəqərə arası disk yırtıqları əməliyyat olunmalıdırmı? Son zamanlar fəqərəarası disk yırtıqları ilə əməliyyat olunan xəstələr 30% təşkil edir, qalan 70% isə konservativ üsullarla müalicə olunur. Bu da kanalın harada yerləşməsindən, necə yerləşməsindən, sinir kökcüyünün necə sıxdığını bilmək mütləqdir."
Müsahib: Anar Bayramov
Müxbir: Sevinc Baxışova
Operator, montaj: Röyal Bədəlov
Prodüsser: Aytən Əjdərova
Redaktor: Vaqif Hüseynov
OTV- Bakı, 2016

Category


Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Aytac Həsənova | Baxılıb: 767 | Kateqoriya: Tibb Tarix: 30.11.2017, 18:39

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM