Manual Terapevt - Anar Bayramov: Osteoxondroz nədir?


Sual: "Osteoxondroz nədir?"
Cavab: "21ci əsrin ən çox rast gəlinən xəstəliklərindən biri də osteoxondrozdur. Xalq arasında ona duzlaşma da deyilir. Lakin osteoxondrozun digər tibbi adı da onurğa sütununun yırtığı deməkdir. Dünya əhalisinin 80%i bu xəstəlikdən əziyyət çəkir. Əvvəllər 30 yaşdan sonra bu xəstələrdə müşahidə olunurdusa, artıq 18 yaşındakı xəstələr də bizə osteoxondroz xəstəliyi ilə müraciət edirlər. Bəzi xəstələr bunu ciddiyə almırlar, adi duzlaşma kimi olduğunu fikirləşirlər. Vaxdında bunu ciddiyə almayanda fəqərə arası protruziyalar disk yırtıqlarına gətirib çıxarır. Onurğa fəqərə arası disklərdən ibarətdir. Dəyişikliklər nəticəsində elastiklik pozulur. Osteoxondrozun əlamətləri ağrıdır. Bunlar uzun müddətli və əziyyət verici ağrılarla müşahidə olunur. Osteoxondrozun onurğanın hansı hissəsində olmasından asılı olaraq ağrılar müxtəlif cür olur. Boyun nahiyəsində olan ağrılar, baş ağrıları, spazmatik ağrılar, qollarda üyüşmə, keyimə müşahidə olunur. Döş fəqərələrində olan osteoxondroz isə kürək ağrıları ilə qabırğa arası sinirlərə qədər gedib çıxır. Bel, omba nahiyəsindəki ağrılar isə bel, omba nahiyəsində kəmərvari ağrılara gətirib çıxarır. Hətta ağrılar ayaqlara qədər vurur. Ayaqlarda üyüşmə, keyimə ilə müşahidə olunur. Osteoxondrozun yaranmasında passiv həyat tərzi, oturaq həyat tərzi, kompüter, düzgün yatmamaq, düzgün qidalanmamaq nəticəsində osteoxondrozlar yaranır. Çox rütubət olan otaqlarda, kondisionerin altında çox oturduqda bunların hamısı osteoxondrozun yaranmasına gətirib çıxarır. Osteoxondrozun qarşısının alınması üçün daim aktiv həyat tərzi sürmək lazımdır, uzun müddətli oturaq həyat tərzi sürmək lazım deyil, düzgün yatmaq və düzgün qidalanmaq məsləhət görülür. Əgər kimdəsə osteoxondroz diaqnozu varsa vaxt itirmədən həkimə müraciət etməyiniz məsləhətdir."
Müsahib: Anar Bayramov
Müxbir: Sevinc Baxışova
Operator, montaj: Röyal Bədəlov
Prodüsser: Aytən Əjdərova
Redaktor: Vaqif Hüseynov
OTV- Bakı, 2016

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Aytac Həsənova | Baxılıb: 1 143 | Kateqoriya: Tibb Tarix: 30.11.2017, 18:32

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM