Manual Terapevt - Anar Bayramov: Skoliroz nədir?


Sual: "Skolioz nədir?"
Cavab: "Skolioz onurğanın əyriliyi deməkdir. Müasir dövrdə ən çox rast gəlinən xəstəliklərdən biri də skoliozdur. Skolioz uşaqlarda, yetkinlik dövründə, orqanizmin daha da sürətlə inkişaf etdiyi dövrdə daha da sürətlə inkişaf edir. Skolioz oğlanlarla yanaşı qızlarda daha çox rast gəlinir. Skolioz əyilmə bucağına görə 4 dərəcəyə bölünür. 1ci dərəcə skolioz skoliozun ilkin başlanğıcı, 2ci dərəcə skolioz artıq narahatçılığa səbəb yaradır. 3cü dərəcə artıq deformasiya gedir, 4cü dərəcə tam əyilmə deməkdir. Skoliozun yaranmasının bir çox səbəbləri vardır. Bunlar anadangəlmə və sonradan qazanılmış skoliozlar, idiopatik- yəni səbəbi mənşəyi məlum olmayan skoliozlar, irsi skoliozlar. Qaməti əyri tutaraq saatlarla kompüter qarşısında oturmaq, qaməti əyri tutaraq uzun müddət yerimək, məktəb çantalarını düzgün tutmamaq, hədsiz artıq yüklərin qaldırılması, passiv həyat tərzi, düzgün yatmamaq, düzgün qidalanmamaq, travmalar və zədələr nəticəsində yaranan və.s skoliozlar hamısı skoliozların yaranmasına gətirib çıxardır. Skoliozun qarşısının alınmasında valideynlərin üzərinə çox böyük bir yük düşür. Adətən bizə müraciət edən valideynlər soruşur: Necə etmək olar ki skoliozun qarşısını vaxtında alaq? Valideynlərə məsləhətim budur. Əgər övladlarınızda skolioz şübhə yaradırsa, uşaqlarınıza diqqətlə baxın. Onların duruşunda, qamətində əyrilik müşahidə olunursa bu skoliozdur.Çiyinlərə diqqətlə baxsınlar. Çiyinlər arasında qeyri-bərabərlik olacaq. Onurğanın özündə də əyrilik müşahidə olunacaq. Çiyinlərlə omba arasında assimmetriya olacaqdır. Qollarla bədən duruşu arasında fərq hiss olunacaqdır. Bunlar varsa demək xəstədə skolioz vardır. Vaxtında vaxt itirmədən həkimə müraciət etməyiniz məsləhətdir. Skoliozun müalicəsi xəstənin yaşından, dərəcəsindən asılı olaraq konservativ üsullarla müalicə olunur. Bura daxildir. Fizioterapiyalar, karsetlər, üzgüçülük, skoliozlar üçün hazırlanmış idman hərəkətləri və manual terapiya. Manual terapiya çox böyük tibbi əlamətə malik sahədir. Əl ilə müalicə deməkdir. Bəzən manual terapevtlərə "şəfalı əllər sahibi" də deyilir. Onurğaya təsir etməklə skoliozu müalicə edir. Gördüyünüz bu xəstə 12 yaşında bir uşaqdır. 2 ay bundan öncə bizə müraciət etmişdir. Yuxarı döş fəqərəsi 12 dərəcə, aşağı döş fəqərəsi isə 13 dərəcədir. Bu xəstədə artıq 2ci dərəcəli skolioz vardır. Xəstə manual terapiya müalicəsi aldıqdan sonra xəstənin skoliozu 1ci dərəcəyə düşmüşdür. 12-13 dərəcə əyilmə 7-10 dərəcəyə düşmüşdür. Valideynlərə müraciətim bu olardıki, vaxtında aşkar olunan skoliozlarla müraciət edən xəstələr daha effektiv nəticə əldə edə bilirlər. Gecikmiş skoliozların müalicəsi çox çətin olur."
Müsahib: Anar Bayramov
Müxbir: Sevinc Baxışova
Operator, montaj: Röyal Bədəlov
Prodüsser: Aytən Əjdərova
Redaktor: Vaqif Hüseynov
OTV- Bakı, 2016

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Aytac Həsənova | Baxılıb: 846 | Kateqoriya: Tibb Tarix: 30.11.2017, 18:29

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM