Manual Terapevt- Arzu Həsənov: Ev şəraitində bu terapiya ilə bağlı xəstə nə etməlidir?


Sual: "Ev şəraitində bu terapiya ilə bağlı xəstə nə etməlidir?"
Cavab: "Ev şəraitində manual terapiya ilə məşğul olmaq qəliz məsələdir. Lakin xəstələrə manual terapiya ilə bağlı məşğuliyyətlər verilir. Ən başlıcası xəstənin öz yatdığı yeri dəyişdirməsidir. Artıq xəstə 4-5 saat eyni vəziyyətdə yatanda onurğa sütunu şəkil salır. Siz onurğa sütununu fizioloji vəziyyətinə qaytarmaq istəyirsinizsə, öncə yerinizi dəyişdirin. Normalda insan 7-8 saat yatır və bu müddət ərzində onurğa sütununa düşən təzyiq bərabər deyilsə, bu böyük problemə çevriləcək. 2ci ən böyük məsələ də, qamətdir. Qaməti düz saxlamaq lazımdır. Qamət onurğa sütunundan çıxan sinir sisteminin rahatlığıdır. Onurğa sütununda problem varsa, gələcəkdə özünü daxili xəstəliklərdə göstərəcək. Daxili xəstəliklərin yaranmasının birinci səbəbi sinir sistemindəki pozulmadır. Qamətin düzgün olması uşaq yaşlardan aşılanmalıdır. Qamət düzgün deyilsə, içilən su zərərlidirsə, yatdığı yer narahatdırsa bu zaman evdə manual terapiyadan danışmaq mümkün deyil. Qamətin düzgün olmaması gələcəkdə ürək xəstəlikləri, baş ağrılarına səbəb ola bilər. Əhalinin əksəriyyətində skalioz xəstəliyi yayılmağa başlayır. Su içmək xeyirlidir, su adı ilə müəyyən içkilər də var. Lakin bu içkilər su kimi mənimsənilmir. Ev şəraitində manual terapiya ilə məşğul olmaq istəyənlər yuxarıda sadaladığım qaydalara əməl etməlidir."
Müsahib: Arzu Həsənov
Müxbir: Sevinc Baxışova
Operator, montaj: Röyal Bədəlov
Prodüsser: Fəxriyyə Bayramova
Redaktor: Vaqif Hüseynov
OTV- Bakı, 2016

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Aytac Həsənova | Baxılıb: 768 | Kateqoriya: Tibb Tarix: 30.11.2017, 18:23

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM