Manual Terapevt- Arzu Həsənov: Manual terapiya ilə ağrıların qarşısını ala bilərəmmi?


Sual: "Gün ərzində 10 saatdan çox oturaq vəziyyətdə oluram, manual terapiya ilə ağrıların qarşısını ala bilərəmmi?"
Cavab: "Bu konkret bir haldır. Oturmaq da, onurğa sütununa düşən təzyiqləri artırır. Oturduğumuz kreslolar, divanlar, yatdığımız yataqlar ziyandır. Ən böyük problem isə, kompüterlərdir. Çünki işimizin əksər hissəsi kompüter arxasında keçir. Bu da ən sonda onurğa sütununun əyriliklərinə gətirib çıxarır. Onurğa sütununda 2 əyrilik var. Kifoz və lardoz. Siz uzun müddət əyilmiş vəziyyətdə qalırsınızsa, onurğa sütununda kifoz artır, lardoz isə düzlənir. Beləliklə, onurğa sütununa düşən təzyiq düzgün paylanmır. Fəqərəyə düşən təzyiq düzgün paylanmırsa problemə yol açır və bu zaman qığırdaq itələnməyə başlayır. Qabarmalar çox tez rastlanan onurğa sütunu problemidir. İlk növbədə qaməti düzəltmək lazımdır. Oturduğunuz yeri fiziolojiləşdirməlisiniz. Oturarkən çalışmaq lazımdır ki, kreslonun sonuna qədər söykənin. Onurğa sütunu stula söykənməlidir. Əvvəllər divanlar daha fizioloji idi, indi isə bu belə deyil. Beləliklə, belə düşən təzyiqlər artır. İlk növbədə yatdığınız yeri dəyişdirin. Çünki yatdığınız yer nə qədər möhkəm olarsa, o qədər yaxşıdır. 4-5 saat eyni yerdə eyni vəziyyətdə yatmaq onurğa sütununa ziyan verir. Respublikanın 50-60 faizində onurğa sütunu əyriliklərinə rast gəlinik. Çox həkim buna skalioz deyir. Skalioz onurğa sütununun əyriliyi deməkdir. Onurğa sütununun S, C şəkilli əyrilikləri çox tez-tez rast olunur. Buna görə də, belə xəstələrə su içməyi məsləhət görürük. Çay, qazlı, energetik içkilərdən uzaq durun.Suallardan biri də, budur: Əməliyyatsız şəkildə xəstəlikləri müalicə etmək olarmı? Onurğa sütununun elə xəstəlikləri var ki, keçib. Bu əslində xəstənin yaşından, qığırdağın vəziyyətindən, bağların vəziyyətindən, yırtığın vəziyyətindən, xəstənin gördüyü işdən və.s asılıdır. Bəzən elə xəstələr olur ki, gecikir və bu zaman əməliyyat şərtdir. Belə xəstələri manual terapiya ilə ziyan etmək olar. Buna görə də, həkimin təlimatlarına uymaq lazımdır."
Müsahib: Arzu Həsənov
Müxbir: Sevinc Baxışova
Operator, montaj: Röual Bədəlov
Prodüsser: Fəxriyyə Bayramova
Redaktor: Vaqif Hüseynov
OTV- Bakı, 2016

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Aytac Həsənova | Baxılıb: 544 | Kateqoriya: Tibb Tarix: 30.11.2017, 18:19

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM