Manual Terapevt - Arzu Həsənov: Manual terapiyanın simptomları


Sual: "Manual terapiyanın tətbiqi üçün öncə hansı simptomlar özünü büruzə verməlidir?"
Cavab: "Ostrexandroz yığıcı diaqnozdur. Ostrexandroz sümük-dayaq hərəkət aparatında xondratik dəyişikliklər deməkdir. Onurğa sütununda bir çox problemlər ola bilər. Onurğa sütununun qığırdaqlardakı problemlər, fəqərənin sürüşməsi, bağ aparatında problemlər, fəqərənin çökməsi, omba sümüyünün əyriliyi, onurğa sütununun əyrilikləri və.s kimi problemləri var. Onurğa sütununun rentgenində rentgenin düzəni var, bu düzən pozulubsa demək ki, onurğa sütununda problem var. Onurğa sütununun ən böyük problemlərindən biri də, ağrılardır. Lakin bizim ən böyük səhvimiz ağrıya dözməkdir, sağlamlıq bizim üçün ən axırda duran faktorlardandır. Ağrılar keçmirsə bu zaman səbəbini araşdırmaq lazımdır. Xəstələr dərhal nevropotoloqlara müraciət edirlər. Lakin nevropotoloqun da, müalicəsi çarə deyilsə, bu zaman artıq problemi daha dərində axtarmaq lazımdır. Bəzən nevropotoloqlar da, sinirin onurğa sütunundan başladığını unudurlar. Nevropotoloqlar xəstəni rentgenə və ya maqnit rezonans tomoqrammaya göndərməlidir. Fəqərələrin bəsit burulması ağrılara gətirib çıxarır. Ağrı hiss edildiyi zaman rentgen edib, manual terapevtlərə müraciət etmək lazımdır. Çünki kökünü götürmədən siniri müalicə etmək mümkün deyil. Nevropotoloqlar çox nadir hallarda xəstələri rentgenə göndərirlər. Onurğa sütununu bəzən biz müalicə edib düzəldirik, fəqərələri düzənli bərpa edirik, daha sonra isə nevropotoloqların yanına göndəririk. Bəzən isə, xəstələr bizim yanımıza gəldikdə problem daha da, böyümüş olur. Ağrı faktoru varsa, manual terapiya ilə məşğul olmaq çətin olur. Bəzən xəstə qacıyır, sinir sistemində müəyyən gərginlik əmələ gəlir, bağlar möhkəmlənir və.s. Ümumiyyətlə respublikada manual terapiya həkiminin olmaması, bu haqda məlumatın da, az olmasına gətirib çıxarır. Hətta həkimlərin özləri də, bu terapiya barədə az məlumatlıdırlar.Azərbaycan xalqını savadlandırmaq vacib şərtdir. İnsanlar bilməlidir ki, belə bir sahə var. 9 milyon əhali üçün 2-3 manual terapevt varsa, bu çox zəif göstəricidir. Manual terapiya ilə fizioloji bərpa etdikdən sonra, xəstələrə müəyyən məsləhətlər veririk. Oturmaq qaydası, yatdığımız yer, gördüyüyümüz iş, çay, su, qazlı içkilər və s. bunların hamısı orqanizmdə dəyişikliyə səbəb olur. Biz bunu xəstələrə bildiririk, xəstəni informasiyalaşdırırıq. Manual terapiyanın da, digər müalicələrdən fərqi də, elə budur."
Müsahib: Arzu Həsənov
Müxbir: Sevinc Baxışova
Operator, montaj: Röyal Bədəlov
Prodüsser: Fəxriyyə Bayramova
Redaktor: Vaqif Hüseynov
OTV- Bakı, 2016

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Aytac Həsənova | Baxılıb: 679 | Kateqoriya: Tibb Tarix: 30.11.2017, 18:13

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM