Manual Terapevt - Arzu Həsənov: Manual terapiya nədir?


Sual: "Manual terapiya nədir?"
Cavab: "Manual terapiyanın təqribən 7500 ilə yaxın yaşı var, Çin təbabətindən gəlir. Azərbaycanda manual terapiya bir peşə kimi qəbul olunmur. Bu sahədə fəaliyyət göstərən həkimlər də, azlıq təşkil edir. Pasientlər müəyyən müalicələr aldıqdan sonra manual terapevtlərə müraciət edirlər. Biz bu tibb sahsini elmi şəkildə tətbiü etməyə çalışırıq. Onurğa sütunu ilə problem olduğu zaman sınıqçılara müraciət edən pasientlər də, var. Lakin onurğa sütununun problemlərini bilmədən, anatomiyanı bilmədən müdaxilə etmək çox böyük fəsadlara gətirib çıxarır. Sınıqçılara müraciət etmək olmaz. Sınıqçılar da, kiçik problemləri həll edə bilərlər amma onurğa sütunu problemlərini bilmirsinizsə, o zaman sınıqçılardan qaçmaq lazımdır. Manual terapiyanın Azərbaycanda öyrənilməsi labüddür. Köhnə SSRİ məkanında manual terapiyanın kafedraları var, elm kimi öyrənilir. Azərbaycanda isə, tibb sahəsində oxuyan gələcək həkimlər bu sahədən xəbərsizdir. Hətta bəzi həkimlər də, bu sahədən xəbərsizdir. Maqnit rezonansla rentgen arasında fərq var. Maqnit rezonans onurğa sütunun içindəkiləri göstərir, rentgen isə, fəqərənin düzənini göstərir. Onurğa sütunun 100% diaqnozundan danışırıqsa, bunların hər ikisi də, olunmalıdır. Həkimlər yırtıq olduğu zaman onu əməliyyat yerinə müəyyən dərmanlarla müalicəsini tətbiq edirlər.
Müsahib: Arzu Həsənov
Müxbir: Sevinc Baxışova
Operator, montaj: Röyal Bədəlov
Prodüsser: Fəxriyyə Bayramova
Redaktor: Vaqif Hüseynov
OTV- Bakı, 2016

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Aytac Həsənova | Baxılıb: 2 646 | Kateqoriya: Tibb Tarix: 30.11.2017, 18:05

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM