Dermatoloq-Maqsud Ağazadə: Sızanaqlardan sonra qalan çapıqlar və ləkələr haqqında


Sual: "Çapıqlar, sızanaqlardan sonra qalan çapıqlar və ləkələr haqqında nə deyə bilərsiniz?"
Cavab: "Cəmiyyətimizi hazırda çox maraqlandıran suallardan biri də budur. Sızanaq çox geniş yayılmış bir problemdir və gənclər arasında rast gəlinir. Təbii ki, sızanaqların tam müalicəsindən sonra qalmış çapıqlar və ləkələr də, eynilə maraqlandıran suallardan biridir. Hazırda çapıqların müalicəsində dünyada çox müasir texnologiyalardan istifadə olunur. Reallıqda vətəndaşlarımız dediyi kimi kremlərlə və mazlarla çapıqların müalicə metodu mövcud deyil. Bunun üçün bütün dünyada olduğu kimi yüksək texnoloji avadanlıqlar lazımdır. Bunlardan biri də lazer üsuludur. Lazer üsulları müasir dünyamızın yeniliklərindən biridir. Minilliklərdən bu yana çapığın müalicə metodologiyası olmayıb. Ancaq bu cihazlar icad edildikdən sonra çapığın müalicəsində də bir sıra yeniliklər var. Çapığın lazerlə tamamilə götürülməsi o demək deyil ki çapıqlar tamamilə hamarlaşır. Hazırda "Salutem" dermatoloji klinikasında mütəxəssislərimiz tərəfindən çapıqların lazer üsulu ilə xüsusilə, erbion və karbon dioksid lazer üsulu ilə hamarlaşdırma prosesi aparılır. Eyni zamanda çapıqlardan əlavə, ləkələrin də, protokol üzrə müalicə metodikaları var. Bu ləkələr də xüsusilə, vətəndaşlarımızı narahat edir. Ləkələr uzun müddət qalır, aylarla, hətta illərlə qala bilər. Ləkələrin də tamamilə götürülməsi prosesi çox mürəkkəb hesab olunduğundan bunu biz yalnız azalda bilirik və bu da öz nəticələrini verir. Sızanaq problemi özlüyündə çox aktualdır və hazırda ölkəmizdə sızanaqla bağlı bir sıra fikirlər var. Bunların qurdla əlaqəsi, gənə ilə əlaqəsi, mədə-bağırsaq sistemi ilə əlaqəsi haqqında çox müzakirələr aparılır. Təbii ki, bu məsələlərlə sızanağın heç bir əlaqəsi yoxdur və sızanaq tamamilə müstəqil gedən bir prosesdir. Hər gəncdə də rast gəlinmir. Sızanağın yaranması əsasən hormonların fəaliyyəti ilə bağlıdır və piy vəzilərinin normadan artıq yağ ifrazı ilə bağlı olan bir məsələdir. Tamaşaçılarımıza çatdırmaq istəyirik ki, sızanaq həqiqətən də, tamamilə müalicə olunur. Müalicə olunmursa burada iki səbəb ola bilər. Həkimin düzgün təyinatının olmaması və ya vətəndaşın yazılan müalicəyə adekvat və qaydasında riayət etməməsi nəticəsində baş verə bilər. Qalan hallarda sızanağın bütün növləri müalicə olunur. Sızanaq eyni zamanda bir psixo sosial bir problemdir. Sızanağın mövcudluğu gənclərdə əmək qabiliyyətinin azalmasına, gərginlik altında olmasına gətirib çıxarır. Ancaq xalqımız bilməlidir ki, bütün dünyada olduğu kimi bu xəstəlik aradan götürülə bilir."
Müsahib: Maqsud Ağazadə
Müxbir: Sevinc Baxışova
Operator, montaj: Röyal Bədəlov
Prodüsser: Vüsal Qurbanov
Redaktor: Vaqif Hüseynov
OTV- Bakı, 2016

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Aytac Həsənova | Baxılıb: 1 985 | Kateqoriya: Tibb Tarix: 29.11.2017, 21:06

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM