Həkim- Dermatoloq- Lalə Mehdi: Dəridə yaranan hansı törəmələr təhlükəlidir?


Sual: "Dəridə yaranan hansı törəmələr təhlükəlidir?"
Cavab: "Onkoloji xəstəliklər içərisində dərinin bədxassəli törəmələri də, yer alır. Bütün onkoloji xəstəliklərdə olduğu kimi dərinin bədxassəli törəmələrinə də, erkən diaqnoz qoyulmağı çox vacibdir. Bu müalicə şansının yüksək olmasına birbaşa təsir edir. Dəridəki törəmələr göz önündədir. Erkən mərhələdə aşkara çıxarılması, görülməsi, diaqnozun qoyulması şansı yüksəkdir. İnsanlar dəridəki törəmələri ciddiyə almırlar. Bunların ciddi bir xəstəlik ola biləcəyini, təhlükəli ola biləcəyini, həyati riskli ola biləcəyini düşünmürlər. Buna görə də, həkimə müraciətlər gecikir. Dəridəki törəmələr ciddi bir ağrı, qaşıntı və digər simptomlar vermir. Bunlar zaman işərisində yavaş-yavaş böyüdüyünə görə, yenə insanların diqqətini çəkmir və diaqnozda gecikmələr olur. Dərinizdə hər hansı bir dəyişiklik varsa, qabarıqlıq, yara, rəng dəyişikliyi varsa, mütləq dermatoloq müayinəsindən keçmək lazımdır. Bunun nə olduğunu anlamaq lazımdır. Bu törəmələr içərisində melonomaları qeyd etmək olar. Melonoma olduqca ciddi, aqresiv və sürətlə böyüyən bədxassəli törəmədir. Melonoma normal dəri üzərində inkişaf ettiyi kimi, xallar üzərindən də, inkişaf edə bilər. Buna görə də, xallara qarşı diqqətli olmaq lazımdır. Burada bəzi risk faktorları var. Bir insanda 50-dən çox xal varsa, bu xəstə risk qrupunda hesab olunur. Xəstənin dermatoloji kontrolda olması gərəkdir. İnsan uşaqlıq dönəmində bircə dəfə də olsa şiddətli günəş yanığı keçirmişsə bu da risk faktoru hesab olunur. Ailə daxilində anada, atada və.s dərinin bədxassəli törəməsi və ya melonoması olmuşsa diqqət edilməlisdir. Bundan başqa açıq dəri rənginə və mavi gözə sahib insanlar da, risk qrupunda hesab olunur. Xallarda bir neçə ay içərisində bir dəyişiklik görürsünüzsə, bu zaman dermatoloqa müraicət etmək lazımdır. Buna misal olaraq göstərmək olar: Qabarıqlıq, yana doğru genişlik, üzərində yara əmələ gələ bilər, qanaya bilər, tündləşmə, açıqlaşma ola bilər. Bu xala böyüdücüylə baxmaq lazımdır və şübhəli bir şey görüldüyü zaman biopsiyə alınır, laboratoriyada baxılır. Ciddi bir diaqnoz qoyulduqda isə çıxarılır və bununla da, problem bitmiş olur. Erkən mərhələdə tam müalicə şansı 100%dir, gecikdiyimiz zaman isə digər orqanlara yayılır və həyati risk yüksəlir."
Müsahib: Lalə Mehdi
Müxbir: Sevinc Baxışova
Operator, mOntaj: Röyal Bədəlov
Prodüsser: Vüsal Qurbanov
Redaktor: Vaqif Hüseynov
OTV- Bakı, 2016
Müəllif: Aytac Həsənova | Baxılıb: 41 | Kateqoriya: Tibb Tarix: 29-11-2017, 21:02

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM