Həkim-Dermatoloq - Lalə Mehdi: Sızanaq niyə yaranır, bundan necə qurtulmaq olar?


Sual: "Sızanaq niyə yaranır, bundan necə qurtulmaq olar?"
Cavab: "Sızanaq dermotoloqların tez-tez rast gəldiyi problemdir. Yeniyetmə dövründə 85-90% hallarda rast gəlinir. Bu daha çox üzdə, kürək nahiyəsində, sinə nahiyəsində və qollarda ortaya çıxır. Sızanaqlar niyə yaranır? Burada bir çox faktorlar rol oynayır. Bunlar arasında genetik faktoru göstərmək olar. Burada genetik meyl vacibdir. Bundan başqa burada fiziki faktorlar da, rol oynayır. Yağlı kosmetikaların istifadəsi, dərinin təmizliyinin düzgün aparılmaması, dəri tipinə uyğun olmayan təmizləyici vasitələrin istifadə olunması və.s müəyyən qədər sızanağı artıra bilər. Ən əsası yeniyetmə dövründə dəri yağlılığının artması vacib faktordur. Dəri yağlılığının artması gözənəklərin dolmasına səbəb olur. Bu da, sızanaqları artırır. Stress faktoru da, akneni artıran səbəblərdən biridir. Sızanaqlar dəri problemidir və onun iç orqanı xəstəlikləri ilə çox da əlaqəsi yoxdur. Sızanaq problemi olan xəstədə mədə, qaraciyər, böyrək, bağırsaq və.s kimi araşdırma aparılmır. Sızanaqlar müalicələrə qarşı cavab vermirsə, xəstədə müxtəlif menstrual problemlər varsa, tüklənmə və ya əksinə saç tökülməsi varsa bu zaman hormonal dəyişikliklərə ehtiyac ola bilər. Sızanaq ilə üzləşən gənclərə bəzi məsləhətlər vermək istərdim. Həkimə müraciət etməmişdən qabaq bəzi şeylərə diqqət etmək lazımdır. Birincisi, üz dərisinin yağlılığı artdığı üçün sızanaq artır. Bunu mümkün qədər azaltmaq lazımdır. Sızanaqlı dərilər üçün kosmetoloji firmaların hazırladığı xüsusi gellərlə üzlərini yumalıdırlar. Bundan başqa yağlı kosmetikadan istifadə etmək olmaz. Mümkün qədər su əsaslı nəmləndiricilərdən istifadə etmək lazımdır. Dəri təmizliyi vacibdir. Buna görə də, üzdə makiyaj qalıqları saxlayıb yatmaq olmaz, gecə yatmazdan əvvəl mütləq makiyaj qalıqları təmizlənməlidir. Ən əsası isə üzdə sızanaq varsa, onu sıxmaq olmaz. Çünki bu izlərin, ləkələrin əmələ gəlməsi ilə nəticələnir ki, bu da arzuolunmazdır. Sızanaq problemindən əziyyət çəkirsinizsə, bu zaman mütəxəssisə müraciət etmək lazımdır. Bunun üçün sızanaqların şidddətlənməsini gözləməyə ehtiyac yoxdur. Yüngül sızanaqdırsa, yüngül müalicə verilir. Həm olanlar müalicə olunur həm də, yenilərinin çıxmasının qarşısı alınır. Bu şəkildə sızanaq izlərinin, çapıq, çopurların da əmələ gəlməsinin qarşısını almaq olur. Aknenin izlərinin müalicəsi aknenin özünün müalicəsindən qat-qat çətindir, bu daha uzun müddət tələb edir və müxtəlif prosedurlara ehtiyac olur. Sızanaq zamanında müalicə olunduğu zaman belə izlər qalmır və tam müalicə olunmuş olur."
Müsahib: Lalə Mehdi
Müxbir: Sevinc Baxışova
Operator, montaj: Röyal Bədəlov
Prodüsser: Vüsal Qurbanov
Redaktor: Vaqif Hüseynov
OTV- Bakı, 2016
Müəllif: Aytac Həsənova | Baxılıb: 53 | Kateqoriya: Tibb Tarix: 29-11-2017, 20:30

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM