Şikar Hüseynov: Saç tökülməsinin qarşısını təbii yolla necə almaq olar?


Sual: "Saç tökülməsinin qarşısını təbii yolla necə almaq olar?"
Cavab: Hər saç tökülməsinin qarşısı təbii yolla alınmaz. Saç tökülməsinin səbəbi endokrin və genetik bir faktordursa, onun qarşısını təbii yolla almaq mümkün deyil. Problemi ortadan qaldırmaq lazımdır. Əgər endokrin xəstəlik varsa, o müalicə olunmalıdır. Genetik faktor varsa, o ortadan qaldırılmalıdır. Bəs hansı saç tökülməsində təbii vasitələrin rolu var? Ümumiyyətlə, qanda bəzi elementlərin, vitaminlərin çatışmazlığı varsa, burada vitamin D, B, B12, dəmir azlığı, ferritin azlığı, fol turşusu əksikliyi, sink əksikliyi varsa, saç tökülməsi yarana bilər. Ancaq bu saç tökülməsinin qarşısını təbii yollarla, qidalarla almaq mümkündür. Məsələn, dəmir azdırsa və buna bağlı anemiya, saç tökülməsi varsa, bunun qarşısını almaq üçün dəmirdən zəngin qidalarla bəslənmək lazımdır. Yaxud vitamin D əksikliyi varsa, o element nədə zəngindirsə, o qidalarla bəslənərək, bu tökülmənin qarşısını almaq mümkündür. Digər hallarda isə mümkün deyil. Bunların da zəngin olduğu qidalar qırmızı ət, alma, meyvə, tərəvəz, qoz, qaraciyər, yumurtadır ki, vitaminlərlə və o elementlərlə zəngindir. Bu nemətlərlə qidalanaraq təbii yollarla saç tökülməsinin qarşısını almaq olar. Bu sadəcə dediyimiz saç tökülməsinə aiddir.
Müsahib: Şikar Hüseynov
Müxbir: Günel İsmayılova
Operator, montaj: Röyal Bədəlov
Redaktor: Vaqif Hüseynov
OTV, Bakı-2016
Müəllif: Aytac Həsənova | Baxılıb: 48 | Kateqoriya: Tibb Tarix: 29-11-2017, 20:58

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM