Şikar Hüseynov: Üzdəki ləkələri neçə seansa birdəfəlik ləğv etmək mümkündür?


Sual: "Üzdəki ləkələri neçə seansa birdəfəlik ləğv etmək mümkündür və onlar geri qayıdırmı?"
Cavab: Öncə üzdəki ləkənin səbəbini araşdırmaq lazımdır. Üzdəki ləkə bir çox səbəbdən qaynaqlana bilər. Endokrin problemlərdən qaynaqlana bilər, günəş ləkələri ola bilər, hər hansı yara, yanıq, səpkilərdən sonra qalmış ləkə ola bilər, üzə icra olunan kosmetik əməliyyatdan sonra qalmış ola bilər. Öncə ləkənin səbəbini araşdırmaq lazımdır, sonra ləkənin dərinliyinə diqqət etmək lazımdır ki, daha səthi, orta ya dərin yerləşib. Buna görə müalicə taktikası seçirik. Ləkəni müalicə etməmişdən öncə mövsümə fikir vermək lazımdır. Yaz və yay dönəmində ləkə müalicəsi aparılmır. Bunun səbəbi ləkə müalicəsindən sonra paradoksal hiper-piqmentasiya dediyimiz yəni, biz ləkəni müalicə edərkən günəşlə dərimizin qarşılıqlı təsirindən qalıcı ləkələr, izlər qalmış ola bilər. Dolayısı ilə, biz ləkə müalicəsini ilin soyuq, günəşsiz fəsillərində, oktyabrdan sonra marta qədər edirik. Hər ləkə müalicəsi fərqlidir. Bunun üçün maskalar, pilinqlər, kimyəvi soyucu vasitələr, dermabraziyalar, ən son lazerlər yaxud mezoterapiya vasitələri istifadə olunur ki, fərqli ləkə açıcı, depiqmentə edici maddələrin dəriyə inyeksiya vasitəsilə yeridilməsi nəzərdə tutulur. Əslində ləkə müalicəsinə kompleks yanaşmaq lazımdır. Yəni, bir neçə müalicə üsulunu bərabər yaxud da müalicə müddətində istifadə edirik ki, daha yaxşı nəticə əldə olunsun. Yaz, qış fərq etmədən pasiyentlərimizin günəşdən qorunmaları lazımdır. Çünki, bəzi ləkələr var ki, bunlar qayıdıcı özəlliyə sahibdirlər. Biz müalicə ilə ləkələri apararkən ondan sonrakı dönəmə çox diqqət etmək lazımdır. Əgər düzgün şəkildə dəriyə qulluq etməzsə, mütəmadi günəşdən qoruyucu vasitələrdən istifadə etməzsə, günəşin altında uzun müddət olarsa, ləkələrin geri qayıtma riski var. Dolayısı ilə, ləkələri kompleks şəkildə istər mezoterapiya vasitələri, istər kimyəvi pilinqlərlə soyma və yaxud, lazerlərlə kompleks şəkildə müalicə həm seansın sayını azaldır, həm də müalicəni daha effektli edir.
Müsahib: Şikar Hüseynov
Müxbir: Günel İsmayılova
Operator, montaj: Röyal Bədəlov
Redaktor: Vaqif Hüseynov
OTV, Bakı-2016
Müəllif: Aytac Həsənova | Baxılıb: 36 | Kateqoriya: Tibb Tarix: 29-11-2017, 20:04

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM