Sağlam qalmaq üçün elmi şəkildə təsdiqlənmiş 9 məsləhət


Tibb və elm bizə sağlam qalmaq üçün çoxlu sayda üsullar təklif edir. Onların bir qədər qəribə səslənməsinə baxmayaraq, artıq elmi şəkildə öz müsbət təsirlərini sübut etmişdir. Məsləhətlərin çoxu isə əksəriyyətimizin heç təsəvvür edə bilməyəcəyi və xüsusilə də qadınların bilməli olduqları məlumatlardır. OTV bilməli olduğumuz bu məsləhətləri təqdim edir.

1.Bir fincan qəhvədən sonra qəbul edilən qısa yuxu möcüzələr yaradır.

Alimlər qəhvədən sonra qısa yuxunun bədənimizə müsbət təsir etdiyini təsdiqləmişlər. Aparılan eksperimentin üzvləri bu təcrübəni sınaqdan keçirmiş və bu üsulun qəhvə qəbul etmədən yatmaq və ya sadəcə qəhvə qəbul etməkdən daha təsirli olduğu qənaətinə gəlmişlər. Ən əsası isə bu eksperimentin üzvləri özlərini daha gümrah hiss edirlər.

Eyni zamanda qəhvənin tez bir zamanda içilməsi və ardınca yuxuya getmək məsləhət görülür.Tezliklə yuxuya gedə bilmədinizsə, narahat olmağa dəyməz.Qısa müddətdə qəbul edilən yuxu belə kifayətdir.Həmçinin, dərin yuxu mərhələsinə getməmişdən öncə, 15-20 dəqiqə sonra oyana bilərsiniz.


2.Az kalorili pəhriz yeməkləri iştah açıcı rol oynayır.


Bizim arıqlamaq məqsədilə qəbul etdiyimiz az kalorili pəhriz yeməkləri bizim aclıq hissimizi yalnız bir müddətlik zəiflədir. Sonra isə bizdə daha güclü aclıq hissi yaranır və biz nəticə etibarilə daha çox kalori qəbul edirik. Bələ ki, az kalorili pəhriz yeməkləri arıqlamaq və optimal çəkiyə sahib olmaqda müsbət təsir göstərmir.

3.Maye sabunlarla müqayisədə adi sabunlardan daha çox istifadə edin.


Çoxlu sayda tədqiqatlar təsdiqləmişdir ki, əksər diş pastalarının, antibakterial maye sabunların istehsalında istifadə olunan triklosan maddəsi bizim sağlamlığımız üçün zərərlidir. Məsəl üçün, insan həzm sistemi daxilində mikrobiemin dəyişilməsinə və rüşeymin inkişafına mənfi təsir edir.


4.Hər bir vəziyyətdə düz şəkildə əyləşin.


Britaniya alimlərinin apardığı araşdırmaya əsasən, gün ərzində avtobus sürücülərinin və konduktorların oturacaq vəziyyətdə olması sərnişinlərin avtobusda ayaq üstə durmasından daha təhlükəlidir. Oturacaq vəziyyət ürək-damar siteminə mənfi təsir göstərir və insan bədəni hərəkət azlığından əziyyət çəkir və qan oksigen və nutrienləri daha az sürətlə nəql edir. İş günü ərzində hər birimiz əzələlərimizi hərəkət etdirməli, nahar ərzində qısa yürüşlər və kiçik fiziki idman hərəkətləri etməliyik.

5. Alma qabıqlarını atmayın.


Meyvə və tərəvəzdən mümkün qədər çox istifadə etməkdən hələ ki, heç kəs əziyyət çəkməyib. Lakin almaya verilən dəyər bir qədər fərqli olmalıdır. Belə ki, almanın tərkibindəki karatin maddəsi spazmolitik, iltihab əleyhinə və digər faydalı maddələrdən ibarətdir. Bundan əlavə, onlar beyin hüceyrələrini öyrənmə prosesinə mane olan təhlükədən qoruyur.

6.Əl yazıları əqli inkişafa kömək edir.


Hindistan Dövlət Universitetinin apardığı araşdırmaya əsasən, qeyd götürmə vərdişi yaddaş, diqqət, psixoloji hərəkət kimi əqli bacarıqların inkişafına kömək edir. Yazdığımız müddətdə həmçinin beynimizin oxumaq funksiyası da aktivləşir. Nəzərinizə çatdıraq ki, bütün bunlar kompyuterdə aparılan qeydlərə aid deyil.


7.Yemək müddətində dişinizi fırçalamayın.


Bir çox stomotoloqlar yemekdən dərhal sonra dişimizi fırçalamağı məsləhət görmürlər. Buna əməl etmədikdə isə, turşuların diş minamıza daxil olmasına icazə vermiş oluruq. Bu isə ağız nahiyəsində boşluğun formalaşması ilə nəticələnir. Həll yolu isə yeməkdən sonra ağzımızı adi su ilə yaxalamaqdır.

8.Zəngli saatdan istifadə etməyin.

Yuxunun 5 mərhələsindən insana oyanmaq üçün ən uyğun olanları 1-ci, 2-ci və 5-ci mərhələlərdir. Bu mərhələlər ərzində yuxudan oyanan insan özünü daha rahat hiss edir. Əks halda yatdığımız müddətdə bizi oyadan digər kəskin səslər yuxumuza mane olur vəbədənimizə daha çox gərginlik əlavə edir. Adətən bu insanlar gün ərzində daha əsəbi olur və onların hadisələrə baxış tərzi və reaksiyası daha da pisləşir. Zaman keçdikcə isə bu ürək-damar xəstəlikləri, iflic, nevroloji pozğunluqlar və əqli pozuntularla nəticələnə bilər. Zəngli saat olmadan yuxudan oyanmaq üçün isə özünüzü müəyyən bir rejimə uyğunlaşdırmalısınız. Məsəl üçün, hər gün eyni saatda yatmaq sizə kömək edə bilər.

9. Başqalarının nə düşündüyünü ürəyinizə salmayın.


Elmi araşdırmalar digırlərinin fikirini önəmsəməyən insanların daha çox yaşadığını təsdiqləmişdir. Bununla yanaşı, əksər insanların dəstəyə ehtiyacı var. Odur ki, ətrafınızı sizi gördüyünüz işlərdə dəstəkləyən və motivasiya edən insanlarla əhatələndirin.

Mənbə: Brightside
Tərcümə etdi: Sevinc Nəhmədova OTV üçün
Müəllif: Sevinc Nəhmədova | Baxılıb: 113 | Kateqoriya: Tibb Tarix: 28-11-2017, 23:15

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM