Məşhur iranlı sənətçi azərbaycan musiqisi ilə tamaşaçıları valeh etdi


İranlı sənətçi Parisa Arsalani İstanbulda keçirilən Beynəlxalq Skripka festivalında azərbaycan musiqisi ilə sənətsevərləri valeh etdi.

OTV-nin verdiyi məlumata görə, Azərbaycan əsilli məşhur iranlı sənətçi Parisa Arsalani ötən həftə İstanbuldakı konsertində böyük maraqla qarşılanıb və tamaşaçılar tərəfindən alqışlarla səhnəyə dəvət edilib.

Türkiyənin ən prestijli konsert zallarından olan Camal Rəşid Rey Konsert Zalında “Beynəlxalq Skripka Festivalı”nın final gecəsində konsert verən sənətçi möhtəşəm ifası ilə sənətsevərləri bir daha heyran edib.

Qeyd edək ki, bu gecədə yerli və xarici sənətçilər də öz ifaları ilə çıxış ediblər.

Məşhur sənətçi konsertdə Azərbaycan musiqisinin və yeni albomunda yer alan əsərlərdən ibarət repertuarından “Sarı gəlin”, “Ay Gülə Batın”, “Hapsana”, “Mən Səni Araram”, “Almanı Atdım Xarala”, “Ay İşığında”, “Ayrılıq” və Polad Bülbüloğlunun bəstəsi “Gəl Ey Səhər” kimi dəyərli musiqiləri orkestr ansamblı ilə çıxış etmişdir.

Tamaşaçıların böyük rəğbətini qazanan Parisa Arsalani ayaqüstə alqışlara tab gətirməyərək, təkrar səhnəyə geri dönmüş və “Ay Gülə Batın” musiqisini ifa edərək konsertini sonlandırmışdır.

Xatırladaq ki, məşhur sənətçi Parisa Arsalani bu günə kimi dəfələrlə Azərbaycandan bir çox dəyərli mükafatlar almışdır.














Müəllif: İlhamə Kələyeva | Baxılıb: 86 | Kateqoriya: Şou-biznes Tarix: 29-11-2017, 15:49

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM