Kraliça Elizabetin fərqli görünüşü


Kraliça və həyat yoldaşı Şəhzadə Filip yeni ili öz yaxınları ilə qeyd etmək üçün səfərə çıxıblar.

OTV xəbər verir ki, Britaniyanın ən uzun müddət hakimiyyətdə olan kraliçası II Elizabet öz bənövşəyi rəngli geyimi ilə insanların diqqətini çəkib. Bayram yaxınlaşdığı üçün kraliça 25 dekabrı Sandringhamda ailə üzvləri ilə birgə qeyd etmək üçün yola çıxıb. Bənövşəyi palto və ona uyğun rəngli şərf ilə 91 yaşlı kraliça xoşbəxt və rahat görünüşü ilə medianın diqqətini çəkib və 96 yaşlı həyat yoldaşı Filip boz kostyumda onu müşayiət edib. Nəzərinizə çatdıraq ki, yeni il bayramına yenicə nişanlanan Meghan Markle və Şəhzadə Herri də qatılacaq və kraliça müntəzəm olaraq görə bilmədiyi qohumlarını görmək şansı qazanacaq.



Mənbə: Celebrity news
Tərcümə etdi: Sevinc Nəhmədova



Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Sevinc Nəhmədova | Baxılıb: 474 | Kateqoriya: Şou-biznes Tarix: 21.12.2017, 17:25

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM