Nazim əsəbiləşib jurnalistlə dalaşdı - efirdə dava+video

Xəbərin çap versiyası
Tarix: 22-09-2017, 16:27    
Nazim əsəbiləşib jurnalistlə dalaşdı - efirdə dava+video OTV Axşam.az-a istinadən xəbər verir ki, proqrama qonaq qismində qatılan "Faytonçu" ləqəbli müğənni Nazim Pişyari və jurnalist Tahirə Məmmədqızı arasında dava düşüb.

Nazim onu səhv əməliyyat edən və səhhətində ciddi problemlər yaranmasına səbəb olan həkimdən danışıb. Tahirənin həkimi müdafiə etməsi müğənnini qıcıqlandırıb. Nazim əsəbiləşərək jurnalistin üstünə hücum çəkib. Daha sonra Elgiz və digər qonaqlar tərəfləri sakitləşdirməyə çalışıb.

N.Pişyari Tahirəyə bunları deyib:

"Jurnalistsən, get öz media qurumunda yaz, burada nə işin var? Elman Əzimovun niyə tərəfini tutursan? Onun səhvi yoxdursa, niyə 3 dəfə əməliyyat olundum? Elmanın üzündən 12 saat narkoz qəbul etdim. Kaş mənim günümə sənin əzizlərin düşsün. Onda məni başa düşərsən".



OTV.az
Redaksiyamızla əlaqə: +99450-224-40-52; info@otv.az



Facebook hesabınla fikrini bildir
loading...
Diqqətinizi çəkə biləcək digər xəbərlər
    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və Baş Redaktor: Vaqif Hüseynov

 

Copyright © 2014-2017 OTV.az Bu layihə OTV Media Group məhsuludur | Designed by BuludHost



 
Facebook səhifəmiz