"Tanımadığım biri bütün borclarımı ödədi" - Fərda

Xəbərin çap versiyası
Tarix: 21-09-2017, 18:50    
OTV Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aktyor Fərda Xudaverdiyev “Səhər-səhər” verilişində deyib.

Yumor ustası başına gələn maraqlı hadisədən danışıb:

"Saat 2-nin yarısında Moskva nömrəsi ilə zəng gəldi. Dedi ki, "2-3 il bundan əvvəl sən mənim toyumu idarə eləmisən. 1 həftədir gecə-gündüz mənim yuxuma girirsən. Hamı deyir ki, ona kömək elə. Sənin nə problemin var?". Dedim, yox qardaşım, Allah razı olsun, heç nə yoxdur. Dedi ki, mən yata bilmirəm, 1 saata səni yenə yığacam. Nə problemin varsa de.

Adboy verib, gəlib evin tinində oturub fikirləşirəm ki, yığım deyim? Mən bunun yuxusuna hardan girmişəm? Bir də gördüm yığdı. Dedi ki, qardaş, de, nə problemin varsa. Dedim qardaş, onsuz da bilirsən də problemim var. Məsələni başa saldım. Sabah artıqlaması ilə pulu göndərdi. Hələ cibxərcliyi də göndərdi. 1 həftə sonra Bakıya gəldi. Mənə dedi ki, sən nəsildən geri qalırsan. Bir şey elə. Nə də lazımdır qardaşın arxandadır.

Həqiqətən də milyarder deyil. Moskvada kiçik bir biznesi var. Mənə borc verdi. Dedi, daha sonra işin tutar, qaytararsan. Ay yarımdan sonra bütün borclarımı bağladım".



OTV.az
Redaksiyamızla əlaqə: +99450-224-40-52; info@otv.az



Facebook hesabınla fikrini bildir
loading...
Diqqətinizi çəkə biləcək digər xəbərlər
    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və Baş Redaktor: Vaqif Hüseynov

 

Copyright © 2014-2017 OTV.az Bu layihə OTV Media Group məhsuludur | Designed by BuludHost



 
Facebook səhifəmiz