Dünyanın ən gözəl qızı "o" oldu


Rusiyada yaşayan və sosial şəbəkədə 500 min izləmə sayı olan, Anastasia Knyazeva sevimliliyi və gözəlliyi ilə izləyiciləri və sevənləri tərəfindən “dünyanın ən gözəl qızı” adını alıb.

OTV xəbər verir ki, mavi gözləri, uzun sarı saçları ilə oyuncaq gəlinciklərə bənzədilən, 6 yaşı olmasına baxmayaraq, sevimliliyi ilə uğur qazanaraq məşhurlaşan Anastasia hazırda modelliklə məşğuldur.

Qeyd edək ki, Anastasianın “Instagram” hesabını anası idarə edir. 4 yaşından bəri qızının fotolarını paylaşdığı üçün bir qisim izləyicisi tərəfindən qınaq obyektinə çevrilib.

“Dünyanın ən gözəl uşağı” adı ilə tanınan Kristina Pimenovadan sonra Anastasia Knyazeva izləyiciləri tərəfindən “dünyanın ən gözəl qızı” adını qazanmışdır.








Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlhamə Kələyeva | Baxılıb: 332 | Kateqoriya: Şou-biznes / Dünya Tarix: 11.12.2017, 11:10

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM