"Sırf Azərbaycan üçün dəyişdim" - Petek Dinçöz+fotolar

Xəbərin çap versiyası
Tarix: 7-09-2017, 13:25    
OTV Axşam.az-a istinadən xəbər verir ki, paytaxtımıza aktrisa Məlahət Abbasovanın dəvəti ilə gələn sənətçi media nümayəndələri ilə görüşüb.

Azərbaycanla bağlı təəssüratlarını bölüşən Dinçöz bura tez-tez gəldiyini deyib:

“Bir vaxtlar Türkiyədə veriliş aparırıdım. Onda bir çox azərbaycanlı sənətçini proqramımda qonaq etmişdim. Sizin ölkənizdə sənətə böyük hörmət var. Mən izmirliyəm. Siz də onlar kimi səmimisiniz”.

Petek Azərbaycan mətbəxini çox bəyəndiyini söyləyib. İfaçı Bakıya gəlməzdən əvvəl görünüşündə dəyişiklik etdiyini deyib:

“Saçlarımın necə olduğunu heç demədiniz. Sırf bura üçün dəyişdim, onları həm uzatdırdım, həm də boyatdırdım”.

Müğənni açıqlamasında onu da bildirib ki, ən böyük xəyalı Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva ilə şəxsən tanış olmaqdır.

Petek ATV kanalında yayımlanacaq “Məlahətli söhbətlər” verilişinə çəkiləcək. Proqramın aparıcısı M.Abbasovadır. Mətbuat konfransına qatılanlar arasında aparıcı Turan İbrahimov da yer alıb.

"Sırf Azərbaycan üçün dəyişdim" - Petek Dinçöz+fotolar


OTV.az
Redaksiyamızla əlaqə: +99450-224-40-52; info@otv.az



Facebook hesabınla fikrini bildir
loading...
Diqqətinizi çəkə biləcək digər xəbərlər
    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və Baş Redaktor: Vaqif Hüseynov

 

Copyright © 2014-2017 OTV.az Bu layihə OTV Media Group məhsuludur | Designed by BuludHost



 
Facebook səhifəmiz