Gənc müğənni Çinarə Məlikzadə Türkiyənin qəlbini yenidən fəth etdi


Sosial şəbəkələrdə ifaları ilə tanınan və böyük izləyici kütləsi olan gənc müğənni Çinarə Məlikzadə Türkiyədə konsert verib.

OTV-nin məlumatına görə, gənc müğənni İstanbulda iki, Ankarada isə bir məkanda çıxış edərək sevənlərini heyran qoyub. Çinarə Məlikzadə repertuarına Azərbaycan və Türkiyə bəstəkarlarının əsərlərini daxil edib və möhtəşəm konsert proqramı ilə tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Müğənni təxminən 3 saat davam edən konsertdən böyük məbləğdə qonorar əldə edib.

Xatırladaq ki, gənc müğənni bir müddət əvvəl Türkiyədə böyük bir layihəyə imza atıb. Sənətçi sözləri Rəşad Əmirov, musiqisi Ramal İsrafilova məxsus məşhur “Vurulmuşam” musiqisini türk müğənni Mustafa Ceceli ilə duet oxuyub.

Qeyd edək ki, məşhur ifa Mustafa Cecelinin “Simsiyah” albomunda yer alıb.

Müəllif: İlhamə Kələyeva | Baxılıb: 35 | Kateqoriya: Şou-biznes Tarix: 7-12-2017, 17:03

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM