“Best model of the world-2017” yarışmaçımız bəlli oldu - FOTOLAR


8-12 dekabr tarixlərində Fransanın paytaxtı Parisdə baş tutacaq modellər arasındakeçirilən dünyanın nüfuzlu yarışmalarından hesab edilən 30-cu “Best model of The world-2017” də ölkəmizi model Elxan Hüseyn təmsil edəcək.

Layihənin Azərbaycan üzrə direktoru Aqil Məmiyevin OTV-yə verdiyi məlumata görə, “modelimizin 20 yaşı var və Azərbaycan İqtisad Universitetində oxuyur. “Best model of The world”ə qatılanlar arasından o da müraciət etdi və mən Elxanın şəkillərini göndərəndə çox bəyənildi. Əsas bəyənilmə səbəbi isə onun yaşının azlığı və görünüşünün tam uyğun gəlməsi idi. Həmçinin onun sosial şəbəkədə fərqli, kreativ şəkilləri də onların marağını çəkdi. Digər modellerimiz də çox hazırlaşdılar, amma təəssüf ki onlar seçilmədi. Elxan Hüseyn həm də “High Life Fashion & Model Academy” də bir müddət treninqlər keçirib. Hətta “Best model of The World” ə hazırlaşmaq üçün də oradan saçı, geyimi və s. ilə bağlı bəzi məsləhətlər alır. Bundan əlavə o Azərbaycanın moda həftələrində (“Azerbaijan Fashion Week, Mersedes Benz Fashion Week Baku) də çıxış edib. Yarışmada çıxış edəcək xanım namizəd haqqında isə vizanı aldıqdan sonra, təxminən 1-2 günə məlumat verəcəm”.




Müəllif: İlhamə Kələyeva | Baxılıb: 72 | Kateqoriya: Şou-biznes Tarix: 4-12-2017, 15:50

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM