Rza Zərrab və Ebru Gündəş boşanırlarmı?


Ebru Gündəşlə Rza Zərrabın vəkillərindən boşanma ilə bağlı açıqlamalar gəldiyi iddia edilir. OTV Türkiyə mediyasına istinadən xəbər verir ki, keçən il ABŞ-a səfəri zamanı həbs olunan və o vaxtdan bəri həbsxanada qalan Rza Zərrabın məhkəməsinə keçən günlərdə başlandı. Rza Zərrabla bağlı hadisələri Türkiyədən izləyən müğənni Ebru Gündəş mövzu ilə əlaqəli indiyə qədər bir açıqlama etməmişdi. Boşanma qərarı aldığı iddia edilən Ebru Gündəşlə bağlı onun  yaxın rəfiqəsi Yeşim Salxım "Laf Bende Kalmasın" proqramında məlumat verib. Y. Salxım deyib ki, vəkillərdən aldığı məlumata görə hal-hazırda qaldırılmış və qaldırılması planlaşdırılan hər hansısa bir məsələ yoxdur. Qeyd edək ki, bu kimi xəbərlər daha öncə də yayılsa da öz təsdiqini tapmamışdı.
Müəllif: Gülalı İsazadə | Baxılıb: 44 | Kateqoriya: Şou-biznes Tarix: 1-12-2017, 17:40

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM