Şimali Koreya haqqında bilmədiyimiz 10 xüsusiyyət - FOTOLAR


“Dünyanın ən xoşbəxt ölkəsi”, “Problemləri həll edən sehrli xalça”, 'Prezidentin insanlara münasibəti nəticəsindəölkədə yaranan xoş abu-hava ”. Təbii ki, Şimali Koreya haqqında deyilən bütün bu fikirlər sətiraltı məna daşıyır.

Aparılan araşdırmalar bu paradoksal ölkə haqqında bəzi qaranlıq və bilmədiyimiz məqamları OTV təqdim edir.

1)Fəqli təqvim

1997 –ci ildə Koreyada qəbul edilən xronoloji cədvələ əsasən, hal hazırda bu ölkə 106 cı ildədir. Təqvimin başlanma tarixi isə ölkənin əbədi prezidenti hesab edilən Kim II Sungun 1912 ci ildəki doğum günündən hesablanır. Ölkə ərazisində çap edilən bütün təqvimlər 2 versiyada hazırlanır, bunlardan biri Şimali Koreya üçün çap edilən , digəri isə dünyanın digər ərazilərində istifadə edilən təqvimdir.

2)Sosial sininflər



1957- ci ildə KXDR ölkəni əsas sinif olan pomidorlar, dəyişkən hesab edilən almalar və düşmən sinif hesab edilən üzümlər olaraq qruplaşdırdı. Hər bir sinifsə öz üzlüyündə 50 qrupa bölünür.

  1. Sətiraltı olaraq pomidor adlanan əsas sinif daxili və xarici xüsusiyyətlərinə görə yetkin kimi təsvir edilirlər.Yəni onlar həm mənəvi, həmdə xarici xüsusiyyətlər baxımından yetkinləşiblər. Pomidorun sətiraltı mənası isə içinin və xaricinin qırmızı rəngdə olması, yetişməsidir.Onların əksəriyyəti partiyaya öz sadiqliyini təsdiqləmiş siyasətçilər və hərbi qüvvələrdir.
  2. Dəyişkən hesab edilən alma sinfinin nümayəndələri isə yalnız xarici keyfiyyətlər baxımından yetkinləşiblər. Şimali Koreya Respublikası əksəriyyəti adi vətəndaşlardan ibarət olan bu sinfi mənəvi cəhətdən inkişaf etməmiş hesab edir.
  3. Üzüm sinfinin nümayəndələri isə heç bir mənəviyyata sahib olmayan və qanuna əməl etməyən şəxslərdir. Üzüm sinfi adlandırılmasının əsas səbəbi isə üzümün içinin və çölünün Koreya düşüncəsinə əsasən yetişməmiş hesab edilməsidir. Yeri gəlmişkən, mənaviyyatsız hesab edilmələrinə nümunə olaraq xaricə telefon zəngi etmələrini misal göstərə bilərik.

"Sonqburn" statusu 17 yaşına çatmış hər bir vətəndaşın şəxsiyyət vəsiqəsində qeyd edilir və bu onun gələcək təhsilinə, kareyerasına təsir edir. Bununla belə, Şimali Koreya höküməti ölkədə sosial bölünmə prinsipinin mövcudluğunu inklar edir.

3)Yollar


Şimali Koreyada mövcud olan yolların yalnız 8 % i qalın təbəqə ilə örtülmüşdür. Ölkədə istifadə edilən şəxsi maşınlar yalnız hökümət nümayəndələrinə məxsusdur.Yerli əhali isə yalnız velosipeddən istifadə edir.

4) Svetoforlar

Yuxarıda qeyd edilən fakta əsasən, Şimali Koreyada mövcud olan svetoforların sayı çox azdır. Şimali Koreyada svetofor rolunu yaxşı görünüşə malik olan xanım icra edir. Həmçinin, svetofor vəzifəsini icra edən qadının subay və yaşının 26 yaşa dək olması şərtlər sırasındadır. Bu şərtlərə cavab verməyən xanım işçi isə vəzifəsindən uzaqlaşdırılır.

  5) NADA agentliyi



Ölkənin 80 ci illərədə kosmik tədqiqatlarda gördüyü işlərin nəticəsində 2013- cü ildə NADA agentliyi açılmışdır və Şimali Koreya öz loqosunu dünyaya nümayiş etdirmişdir. Bu loqonun NASA loqosu ilə eynilik təşkil etməsi və adlarının belə oxşamasına görə Şimali koreyanın bunu Amerikanı qıcıqlandırmaq üçün etməsi və ya bunun sadəcə xoş bir təsadüf olması hələ də sual altındadır.

6) Qüdrətli Kim Jong -İl 

Şimali Koreyanın sabiq başçısı sıradan bir şəxs olmamışdır.Onun bioqrafiyasına əsasən, O, Paektu dağında anadan olmuş və onun dünyaya gəldiyi anda ulduz səmanı işıqlandırmış, iki göyqurşağı anidən peyda olmuşdur. Həmçinin, o bir yaşı olarkən yeriməyi və danışmağı bacarmışdır.

Digər mənbələr isə onun keçmiş Sovet İttifaqına daxil olan Vyatskoye ərazisində anadan olduğunu və burada onun atasının yapon rəqiblərindən gizləndiyini təsdiq etmişlər. Həqiqəti təxmin etmək isə məncə o qədər də çətin deyil.

7)Sehrli atların mövcudluğu

Şimali Koreya alimlərinə əsasən, sehrli atlar xəyali mövcud olan heyvanlar deyil.Yerli arxeoloqlar mifoloji varlıq hesab edilən şir növləri aşkar etmiş və bunu sehrli atlarla əlaqələndirmişlər. Bu kimi sehrli kəşflər sosial hakimiyyət və vətəndaşlar arasında vətənpərvərlik hissini daha da gücləndirir.

8) Sehrli tibb

Şimali Koreya Orta Şərq Tənəffüs Sindromu, QİÇS, və ebola virisunun əlacını tapdığını iddia edir. Bu sehrli dərmanlar həmçinin xərçəng xəstəliyinin müalicəsi,ürək bulanması və iş stresinin aradan qaldırılmasına da kömək edir. Bu dərman Kaesong ərazindəyetişən qırmızı jenşendir.

9) Qadın hərbçilər

Müntəzəm olaraq xidmət edən əsgərlərlə yanaşı ,Şimali Koreyada xoş görünüşlü gənc qızlardan ibarət olan xüsusi bir dəstə mövcuddur. Onların əsas vəzifəsi isə yüksək rütbəli hərbi işçiləri müşaiət etməkdir. Bununla belə, müntəzəm olaraq orduda fəaliyyət göstərən qadın hərbiçilər də vardır və onlar rəsmi olaraq ordunun bir hissəsi hesab olunurlar.

10) Şimali Koreya xoşbəxt ölkədir.

Şimali Koreya alimləri apardıqları araşdırmalar nəticəsində, Şimali Koreyanın dünyanın ən xoşbəxt ölkələrindən biri olduğunu təsdiqləyiblər. Daha dəqiq desək, Çindən sonra ikinci yerə sahibdir. Bununla belə, kakimiyyət orqanları əhalini xoşbəxt etmək və yaşayış standartlarını inkişaf etdirmək üçün əllərindən gələni edirlər. Eyni araşdırmaya əsasən isə,nə qədər inanılmaz olsa belə, dünyanın ən bədbəxt ölkəsi isə ABŞ –dır.







Müəllif: Sevinc Nəhmədova | Baxılıb: 49 | Kateqoriya: Sosial Tarix: 1-12-2017, 11:14

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM