“Məktəbdəki problemlər uşaqlarda əsəb pozqunluğu yaradır”


Müasir dövrdə uşaqların əsəbi olmasının bir çox səbəbi var. Müasir dövrün problemləri üzündən artıq uşaqların da böyük nəsil kimi əsəb sistemi yerində deyil.

Psixoloq Aynur İsmayılova OTV-yə verdiyi açıqlamada bildirdi ki, “azyaşlı uşaqların əsəbi olmasının əsas səbəbi hamiləlikdən qalan sindromdur. 1-3 yaşa qədər olan dövr ana və uşaq arasındakı narazılıqlar dövrüdür. Bu zaman uşaqlarda aqresiya meydana çıxa bilir. Qeyd edim ki, analar və ya dayələr əgər uşaqları erkən yaşda televiziyaya öyrəşdirirsə, uşaqların psixologiyası başqa yöndə formalaşır və onlarda aqresiya yaranır. Valideynlərə əsas məsləhətim odur ki, uşaqları xüsusilə də 4 yaşını tamamlamayanları texniki yeniliklərdən, xüsusilə də telefondan uzaq tutsunlar. Valideynlər övladlarını daha çox parklara, oyun oynamağa cəlb etsələr, psixologiyalarını düzgün yöndə formalaşdıra bilərlər”.

O qeyd etdi ki, “çox təəssüf ki, məktəblərdəki psixoloqlar işləmirlər. Əgər həftədə heç olmasa 2 saat psixologiya dərsləri keçirilsə və normal şəkildə psixoloq uşaqlarla işləsə, onların fərdi işlərini hazırlasa, uşaqların dostları ilə münasibətini, hansı dərslərə maraq göstərib-göstərmədiyini araşdırsa uşaqların psixologiyasını yaxşı yöndə tənzimləmiş olar. Bir məsələ də var ki, uşaqlar xüsusilə də 8 yaşdan sonra məktəbdən asılı halda olurlar. Həmin yaş qrupuna daxil olan uşaqlara məktəbdəki problemlər daha çox təsir edir və əsəb pozğunluğu yaradır”.


Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlhamə Kələyeva | Baxılıb: 48 | Kateqoriya: Sosial / Tibb Tarix: 26.12.2017, 15:25

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM