Almaniya Sosial Demokratlar partiyasının binasına maşın çırpılıb


Polisin verdiyi məlumata əsasən, yeni il ərəfəsində sürücü maşını Almaniya Sosial Demokratlar partiyasının baş qərargahına çırpıb.
 OTV xəbər verir ki, qəza yerli vaxtla gecə 23:00 radələrində baş verib və 58 yaşlı sürücü qəzada yararlanan yeganə şəxsdir. Yerli məlumata əsasən, polis işçiləri maşının içindən neft kanistirləri və alışqan tapıblar. Tədqiqatçılar hadisənin törədilmə səbəbinin sürücünün özünü yandırma cəhdi olmasını bildiriblər. Sürücü isə polisə verdiyi açıqlama suiqəsd etmək istədiyini boynuna alıb. Nəzərinizə çatdıraq ki, ASDP 2013 və 2017-ci illər ərzində Angela Merkelin Xristian Demokratlar partiyası ilə böyük koalisiyaya başçılıq edib, lakin partiyanın 1949-cu ildən bəri yaxşı nəticə əldə etməməsinə görə partiya liderləri sentyabrda müttəfiqliyi sona çatdırmağı qərara alıblar.

Mənbə: BBC news 
Tərcümə etdi: Sevinc Nəhmədova

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Sevinc Nəhmədova | Baxılıb: 201 | Kateqoriya: Sosial Tarix: 25.12.2017, 13:52

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM