Binəqədidə avtobus dayanacaqları ilə bağlı yenilik


Bakı Nəqliyyat Agentliyi Binəqədi şosesində aparılan yenidənqurma işləri ilə əlaqədar sərnişindaşıma keyfiyyətinin və yol hərəkəti təhlükəsizliyinin artırılması məqsədi ilə nəzərdə tutulan tədbirlərini yekunlaşdırıb.

OTV xəbər verir ki, ilkin mərhələdə yolla bağlı bir sıra təhlillər aparılıb, sərnişin tələbatı öyrənilib. Əldə edilən nəticəyə uyğun olaraq 13 avtobus məntəqəsi təşkil edilib, onlardan da 10-da yeni pavilyon quraşdırılıb.

Pavilyonlara Yol Hərəkəti Təhlükəsizliyi ilə bağlı maarifləndirici lövhələr vurulub. Avtobusların digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratmadan dayanacaq məntəqələrinə rahat giriş-çıxışını təmin etmək məqsədilə yol boyu 9 yerdə cib təşkil edilib. Bütün məntəqələrdəki dayanacaq məntəqələrinin ünvanı, oradan keçən marşrut xətləri ilə bağlı məlumat qeyd edilib.

Qeyd edək ki, ümumilikdə 21 ədəd eynisəviyyəli piyada keçidi təşkil edilib. Görülən işlər “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi ilə birgə həyata keçirilib.


Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlhamə Kələyeva | Baxılıb: 165 | Kateqoriya: Sosial Tarix: 21.12.2017, 18:50

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM