Pakistan kilsəsində bomba faciəsi


Rəsmilərin verdiyi məlumata əsasən, iki terrorist Pakistanın Kuetta şəhərində kilsəyə hücum ediblər və hadisə 8 nəfərin ölümü və 42 nəfərin yaralanması ilə nəticələnib. OTV xəbər verir ki, cənub-qərbi Baloçistan əyalətinin daxili işlər naziri Sərfəraz Buqtinin verdiyi məlumata əsasən, yüzlərlə insan hadisə zamanı kilsədə ibadətlə məşğul olub. Hücumçular təhlükəsizlik qüvvələri ilə toqquşub, onlardan biri giriş hissədə qətlə yetirilib, digəri isə qaçarkən yaralanıb. Baloçistan polis rəisi Moazzam Ansari təhlükəsizlik qüvvələrinin xidmətini yüksək qiymətləndirib və onların müdaxiləsi olmadan itkilərin daha çox olacağını bildirib.

Mənbə: Military Daily News
Tərcümə etdi: Sevinc Nəhmədova



Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Sevinc Nəhmədova | Baxılıb: 255 | Kateqoriya: Sosial / Dünya Tarix: 18.12.2017, 14:35

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM