“McDonalds” restoranlarında “Sən də Yardım Əlini Uzat” adlı xeyriyyə aksiyası keçirilib


1-20 noyabr tarixləri arasında “McDonalds” restoranlarında keçirilən ənənəvi xeyriyyə aksiyasında suvenir kimi satılan yardım nişanı, ovuc stikeri, noyabrın 20-də satılan böyük Frenç Frayzın satışlarından əldə edilən 7390 AZN vəsait “Uşaqların Sağlam Gələcəyi” İctimai Birliyinin uşaqlarının ehtiyacına sərf olunacaq.

OTV xəbər verir ki, “Uşaqların Sağlam Gələcəyi” İctimai Birliyi 2005-ci ildən fəaliyyət göstərir. Onun əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqların reabilitasiya tədbirlərinə cəlb edərək cəmiyyətə inteqrasiyasını təmin etməkdir. Fəaliyyəti dövründə birlik 3876 xüsusi qayğıya ehtiyacı olan uşaq kompleks bərpa müalicəsi alıb

“Uşaqların Sağlam Gələcəyi” İctimai Birliyi 2005-ci ildən fəaliyyət göstərir. Onun əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqların reabilitasiya tədbirlərinə cəlb edərək cəmiyyətə inteqrasiyasını təmin etməkdir. Birliyin fəaliyyəti dövründə 3876 xüsusi qayğıya ehtiyacı olan uşaq kompleks bərpa müalicəsi alıb. Eyni zamanda, uşaqlar inklüziv məktəbəhazırlıq kursuna, art terapiya, müxtəlif dərnəklərə cəlb olunurlar. Bununla da uşaqların şəxsi keyfiyyətləri və bacarıqları inkişaf etdirilərək müstəqil həyata uyğunlaşırlar.

Qeyd edək ki, “McDonalds” 1995-ci ildən bəri belə tədbirlər həyata keçirir və keçirməkdə də davam etməyi planlaşdırır.


Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlhamə Kələyeva | Baxılıb: 180 | Kateqoriya: Sosial Tarix: 18.12.2017, 13:16

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM