Yeni ixtisaslaşmış televiziya açılacaq


Milli Televiziya və Radio Şurası tərəfindən ixtisaslaşmış televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə Bakı və Abşeron ərazisində 31-ci tezlik resursuna 16 noyabr 2017-ci ildən 16 dekabr 2017 tarixinədək elan edilmiş müsabiqə başa çatıb.

OTV xəbər verir ki, bu müddət ərzində 3 iddiaçı – “BAKU ART LAB” MMC , “Turkel TV” MMC, “MEDİA MASTER” MMC müsabiqəyə sənədlərini təsdim edib.

Qeyd edək ki, “Teleziviya və Radio yayımı haqqında” qanunun tələbinə uyğun olaraq MTRŞ tərəfindən müsabiqənin elan edildiyi gündən 60 gün müddətində müsabiqənin nəticələrinə baxılacaq və müvafiq qərar qəbul ediləcək.



Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlhamə Kələyeva | Baxılıb: 256 | Kateqoriya: Sosial Tarix: 18.12.2017, 09:25

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM