Mobil telefonlardan istifadə uşaqlarda onkoloji xəstəliklərə şərait yaradır


Müasir dövrdə hər kəs mobil telefonların aktiv istifadəçisidir. Amma insanlar azyaşlı uşaqlarına telefon almaqda çəkinmirlər. Müasir valideynlər uşaqlarını öz əlləri ilə telefona itələyirlər, onların mobil telefon aludəçisi olmasına şərait yaradırlar.

Bu problemlə bağlı pediatr Gülnar Abdullayeva OTV-yə açıqlamasında bildirir ki, “Uşaqlara mobil telefonların istifadəsi bəzi yaş qruplarına tamamilə qadağan, bəzilərində isə az-az verilməsini məsləhət görürük. Ümumiyyətlə birinci növbədə onu qeyd edim ki, uşaqlara mobil telefonların verilməsi onların fikrinin daim dağılmasına, uşaqlarən hərəkətsiz olmasına, danışığının, nitqinin ləngimısinə, fikirlərini aydın izah edə bilməməsinə gətirib çıxara bilir. Biz pediatrlar olaraq uşaqlara, əsasən də kiçik azyaşlılara mobil telefonları qadağan edirik, sadəcə ara-sıra bəzi rəngli, aqressiv olmayan az müddətli nələrəsə baxmağa icazə veririk. Bundan başqa mobil telefonlardan ötürülən radiasiya uşaqların sağlamlığının pozulmasına gətirib çıxarır. Hətta gələcəkdə onkoloji xəstəliklərin yaranmasına şərait yaradır. Valideynlərə məsləhətim odur ki, uşaqları ilə çoxlu vaxt keçirsinlər, beləliklə uşaqlar maraqlı fəaliyyətlərlə məşğul olduqca mobil telefonlara marağı azalacaq. Müasir uşaqlar əvvəlki nəslin uşaqları kimi misal üçün həyətdə oynayaraq, yəni fiziki aktivlikdə olaraq inkişaf edə bilərlər. Xüsusən də valideyn uşağı başından etməməlidir. Onu telefon ilə sakitləşdirməməlidir. Valideynlər çalışmalıdırlar ki, uşaqlarını maraqlı idman növlərinə, oyunlara cəlb etməlidirlər ki, müasir dövrün uşaqlarının marağını çəkə bilsin. Müəyyən yaşa çatmış uşaqlara isə çoxlu kitab oxumağı tövsiyyə edirik. Elə məlumatlar var ki, sosial şəbəkələrdə paylaşılır. Uşaqların maariflənməsi üçün müasir dövrdə internet köməkdir, amma onlar həmin məlumatları kağız və ya kitab vasitəsilə də əldə edə bilərlər. Kompüter və eləcə də kiber alətlər uşaqların gözlərinin zəifləməsinə və sağlamlığını korlamaqdan başqa bir işə yaramaz”.


Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlhamə Kələyeva | Baxılıb: 86 | Kateqoriya: Sosial / Tibb Tarix: 16.12.2017, 18:34

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM