"Hazırda qidaların təhlükəsizliyinə nəzarət edən yoxdur" - EKSPERT RƏYİ


Son günlər ölkədə zəhərlənmə hallarına çox rast gəlirik. Bunlara daha çox hazır qidalar, konservləşmiş məhsullarda müşahidə edirik. Qida zəhərlənmələrinin bu qədər çoxalmasının səbəbi nədir?

Məsələ ilə bağlı Azad İstehsalçılar Birliyinin rəisi Əyyub Hüseynov OTV-yə açıqlamasında bildirib ki, “hazırda qidanın təhlükəsizliyinə Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi nəzarət edir. Qeyd edim ki nəzarət kifayət qədər deyil, gözləyirik ki, Prezident İlham Əliyevin fevralın 10-u imzaladığı sərəncama əsasən Qida Təhlükəsizliyi Agentliyi yaranandan sonra vəziyyət dəyişəcək. Hazırda demək olar ki, qidaların təhlükəsizliyinə nəzarət edən yoxdur. Bu nəzarətsizlikdən biznes qurumları istifadə edir və təhlükəli qidalar istehsal olunur. Qeyd edim ki, bazarın ən çirklənmiş sektoru spirtli içkilər sektorudur. Ötən ay Daxili İşlər Naziri bu məsələ ilə bağlı əməliyyat apardı və nəticə göstərir ki, 70%-ə qədər spirtli içki təhlükəlidir. Spirtli içkilərin əksəriyyəti saxta yollarla hazırlanır. Bunun nəticəsidir ki, ölkədə zəhərlənmə halları çoxalıb”.


Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlhamə Kələyeva | Baxılıb: 201 | Kateqoriya: Sosial Tarix: 18.12.2017, 13:13

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM