"Sürücülər qəfəsə yerləşməyən heyvanların ictimai nəqliyyata daxil olmasına yol verməməlidir" - EKSPERT RƏYİ » OTV - İnternet Televiziyası

"Sürücülər qəfəsə yerləşməyən heyvanların ictimai nəqliyyata daxil olmasına yol verməməlidir" - EKSPERT RƏYİ


Ötən gün “Memar Əcəmi” metrostansiyasının yaxınlığındakı dayanacaqda duran avtobusa sərnişinlər özləri ilə itləri də salona daxil ediblər. Avtobus sürücüsü buna heç bir etiraz bildirmiyib. Daha sonra itlər sərnişinlərin oturduğu oturacaqlarda oturub.

Sözügedən məsələ ilə bağlı avto ekspert Ərşad Hüseynovun OTV-yə verdiyi məlumata görə, o bildirdi ki, “avtobusa itin daxil olması heç bir halda düzgün hesab edilmir. Nəinki it ümumilikdə bütün ev heyvanlarının ictimai nəqliyyata daxil olmağı qəti qadağandır. Hətta bu məsələ ilə bağlı Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr 141 nömrəli qərarına əsasən, ictimai nəqliyyatda sərnişin və baqaj daşınması qaydası var. Bu qaydalarda avtobusa özü ilə qəfəsə yerləşən heyvanları ictimai nəqliyyata daxil edib, apara bilər. Çox təəssüf ki ictimai nəqliyyata qəfəsə yerləşməyən heyvanların avtobusa daxil olmasının cəriməsi yoxdur. Sadəcə sürücülər bu hallara yol verməməlidir”.


Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlhamə Kələyeva | Baxılıb: 252 | Kateqoriya: Sosial / Avto Tarix: 16.12.2017, 10:19

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM