"Azərbaycanda fərdlər boşanmağı düşünüb evlənirlər"


Azərbaycanda boşanmaların sayı hər ötən gün artmaqdadır. Boşanmaların səbəbini araşdırdıqda ortaya çıxan səbəblərin bəziləri məlum, bəziləri isə məlum deyil.

Sözügedən məsələ ilə bağlı psixoloq Murad İsayevin OTV-yə verdiyi məlumata görə, o bildirdi ki, “Azərbaycanda cütlüklərin düzgün tanışlıq keçirməməsi, ya valideynlərə, ya statuslara görə ailə qurulması boşanmaların başlıca səbəblərindəndir. Azərbaycanda ailələrin dağılması əsas səbəb kimi fərdlərin bir-birlərini evlənməzdən öncə tam tanımamasıdır. Fərdlər evlənməzdən öncə çalışırlar ki, özlərini yaxşı göstərsinlər. Misal üçün, oğlan qıza yaxşı görünmək üçün kirayə bahalı maşın götürür və ya özünü çox yaxşı göstərir və ya eynilə qarşı cins də çalışır ki özünü mükəmməl tanıtsın. Gənclər bir-birlərini düzgün tanıda bilmirlər. Belə olduğu halda fərdlər bir-birlərini tanımadan ailə qururlar. Boşanmaların bir səbəbi də valideynlərin bəzən uşaqlarını təsir altına salması, onların fikirlərinə mane olmasıdır. Onlar çalışırlar ki, uşaqları onların seçdiyi biri ilə ailə həyatı qursun. Məlumdur ki, belə halda fərdlər arasında anlaşmazlıq olacaq və ailələr dağılacaq. Azərbaycanda boşanmaların sayının çox olmasının digər səbəbi də boşanmağı düşünüb evlənmələridir. Bu düşüncə əsasən, gənc nəsildə təsadüf edilir”.

O qeyd etdi ki, “gənclər bir-biri ilə düzgün münasibət qura bilmirlər. Təəssüflər olsun ki, rast gəldiyimiz bəzi məsəslələrdən biri də gənclərin sırf uşaq olsun deyə evlənməsidir. Gənclər ailə qurumunu düzgün təsəvvür etmirlər. Belə halda ayrılmaların sayı çoxalır. Məsləhət bilirəm ki, fərdlər bir-birini tanıyandan sonra uşaq dünyaya gətirsinlər. Uşaqlı ailələrdə boşanma olduğu zaman bu uşaqların psixologiyasına ciddi şəkildə təsir edə bilir. Azərbaycanda uşaqlı ailələrin boşanması digər ölkələrlə müqayisədə azdır. Çünki uşaqlı ailələrdə qadınlar çox vaxt usağı səbəb göstərərək ailə həyatlarını davam etdirirlər. Bir digər məsələdə var ki, fərdlər evlənəndə, əsasən də uşaq dünyaya gəldikdən sonra daha çox işləməlidirlər ki, maddi problemlər üzə çıxmasın. Bəzən boşanmaların maddi duruma görə olduğu düşünülür, amma elə deyil. Yəni bu boşanma səbəbi hesab edilə bilməz. Amma bəzən fərdlər bu məsələni səbəb göstərir, yəni bir sözlə bəhanə edirlər. Bəzən kişilər qadına işləməyə icazə vermir. Belə halda maddiyatda zəifləmə baş verir”.


Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlhamə Kələyeva | Baxılıb: 223 | Kateqoriya: Sosial Tarix: 15.12.2017, 16:18

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM