Əlillərə və şəhid ailələrinə yaşayış evi verilib


Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Salyan və Neftçala rayonlarında inşa edilmiş 14 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi və Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib.

Yeni fərdi yaşayış evləri ilə təmin edilən vətəndaşlar sosial cəhətdən həssas qruplardan olan vətəndaşların, o cümlədən Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən razılıq hisslərini ifadə edərək, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Evlərin istifadəyə verilməsi tədbirlərində ölkəmizdə ildən-ilə güclənən sosial siyasət kursunun Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial müdafiəsi sahəsində tədbirlərin daim yüksələn xətlə davam etməsinə şərait yaratdığı vurğulanıb. Qeyd olunub ki, respublikamızda icra olunan mühüm sosial proqramlardan biri də bu təbəqələrdən olan insanların sosial-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlib. Dövlət başçısının 20 iyun 2014-cü il tarixli Sərəncamı ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün ölkəmizin bölgələrində yaşayış evlərinin tikintisi, habelə şəhər yerlərində yeni inşa olunmuş binalardan mənzillərin alınaraq təmir etdirilməsi işləri davam etdirilir.

Sərəncamın icrası işləri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Salyan və Neftçala rayonlarında da 41 ədəd fərdi yaşayış evi inşa etdirilərək Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim olunub. Qarşıdakı dövrdə respublikamızın digər bölgələrində olduğu kimi, bu iki rayonda da müvafiq təbəqələrdən olan insanların yeni mənzillərlə təminatı işləri davam etdiriləcəkdir.

Çıxışlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı əlil olmuş şəxslərin və şəhid ailələrinin maddi təminatlarının gücləndirilməsi işlərindən də bəhs edilib. Onların pensiya və ya aylıq sosial müavinətlərlə bərabər, Azərbaycan Prezidentinin aylıq təqaüdləri, həmçinin uşaqlarının aylıq sosial müavinətlə təmin edildikləri bildirilib, Qarabağ müharibəsi əlillərinin müasir tələblər səviyyəsində səmərəli bərpa-müalicə xidmətləri ilə təmin olunmaları üçün görülən işlər diqqətə çatdırılıb.

Daha sonra tədbir iştirakçıları yeni fərdi yaşayış evlərinə baxış keçiriblər. İstifadəyə verilən evlərin hər birində müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb. Evlərdən 9 ədədi Qarabağ müharibəsi əlillərinin, 5 ədədi isə şəhid ailələrinin istifadəsinə verilib.


Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlhamə Kələyeva | Baxılıb: 279 | Kateqoriya: Sosial Tarix: 11.12.2017, 15:11

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM