Hindistanda 6 yaşlı qızın vəhşicəsinə qətli


Hindistanda polis işçiləri ölkənin şimal hissəsində baş vermiş 6 yaşlı qızın zorlanması və vəhşicəsinə qətli bağlı olaraq bir neçə şəxs arasında sorğu aparıb. OTV xəbər verir ki, qızın cəsədi bazar günü evlərinin yaxınlığında tapılıb və onun dekabrın 8-də qaçırıldığı güman edilir. Azyaşlı qızın cəsədində aşkar edilən yaralar hindistanlıları təmamilə qorxudub. Mərhumun anası isə BBC- yə verdiyi müsahibədə ədalətin bərpa olmasını istəyini bildirdi. O, “Artıq 24 ildir ki, polis cinayətkarı həbs etmyə çalışır və bu hələ də davam edir” deyə açıqladı. Hakimiyyət orqanları cinayətə səbəb olanları tutmaq üçün xüsusi araşdırma komandası təşkil edib. Siyasi liderlər də daxil olmaqla rəsmilər etiraz əlaməti olaraq küçədə toplaşıblar. Az yaşlı qızın valideynləri yerli polisə etimad etmədiklərini bildirərək federal polis qüvvələrindən araşdırma aparılmasını tələb edib. Ailə öncə cənazə mərasiminin cinayətkarın tutulmasında sonra keçirələcəyini bildirsə də, polisin tezliklə cinayətkarın cəzasına çatdıralacağı vədindən sonra qərarlarını dəyişiblər. Nəzərinizə çatdıraq ki, cinsi zorakılıq 2012 ci ildən Dehlidə avtobusda baş verən hadisədən  sonra getdikcə böyüyür.

Mənbə: BBC news

Tərcümə etdi: Sevinc Nəhmədova

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Sevinc Nəhmədova | Baxılıb: 270 | Kateqoriya: Sosial / Dünya Tarix: 11.12.2017, 14:16

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM