Gözəl həmsöhbət olmanın sirrləri


Gözəl həmsöhmət olmanın, insanlar tərəfindən sevilmənin və ətrafa positiv enerji vermənin sirrləri nələrdir? OTV olaraq bu dəfə isə bu mövzunu masaya yatırdıq.
İnsanlar tərəfindən ən çox rəğbət görən, sevilən insanların böyük əksəriyyəti söhbət əsnasında göz təması qurmaqdan əsla çəkinmirlər. Onlar siz söhbət edərkən diqqətlə qulaq asır və sizin reaksiyalarınıza, emosiyalarınıza fikir verib, ona uyğun davranırlar.
Psixoloji faktlar göstərir ki, hamı tərəfindən sevilən insanların böyük bir qismi söhbət edərkən emosiyalarını çəkinmədən nümayiş etdirirlər və onlar ən sıxıcı hekayələri belə bu üsulla maraqlı şəkildə anlata bilirlər.
Araşdırmalar göstərir ki, xarizmatik insanların əksəriyyəti insanların adlarını və onlar haqqındakı kiçik detalları xatırlayırlar və digərlərindən fərqli olaraq daha az danışıb, daha çox qulaq asırlar. Onlar səhv etməkdən qorxmurlar və söhbət əsnasında- müzakirə zamanı üstün və hakim tərəf olmaqdan daha çox, yeni məlumat əldə etməyə çalışan və qarşı tərəfi dinləməyə üstünlük verən tərəf olurlar.

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: Tahirə Mirzəyeva | Baxılıb: 282 | Kateqoriya: Sosial Tarix: 11.12.2017, 12:06

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM